Yanvar-sentyabr ayları üzrə vergi daxilolmaları | Banco.az

Yanvar-sentyabr ayları üzrə vergi daxilolmaları

 2014-cü ilin 9 ayı ərzində Vergilər Nazirliyinin xətti ilə büdcəyə 5 milyard 346 milyon 762,8 min manat vəsait daxil olub

Bu məbləğin 32,4%-i mənfəət vergisinin, 28%-i əlavə dəyər vergisinin, 13,2%-i fiziki şəxslərin gəlir vergisinin, 10,9%-i aksizlərin, 15,5%-i isə digər vergilərin payına düşür.

Qeyri-neft-qaz sektoru üzrə büdcəyə 3 milyard 130 milyon 10,5 min manat vəsait daxil olmuşdur ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 14,1% çoxdur.

Ən sərfəli kredit üçün müraciət et

Hesabat dövründə respublika üzrə 61181 vergi ödəyicisi qeydiyyata alınmış, 1 oktyabr 2014-cü il tarixə qeydiyyatda olan vergi ödəyicilərinin ümumi sayı  591178-ə çatmışdır.

2014-cü ilin yanvar-sentyabr ayları ərzində respublika üzrə elektron formada göndərilmiş bəyannamələrin xüsusi çəkisi 90,6% təşkil etmişdir.