Hal hazırdakı bazar şəraitində çox az sayda bank tərəfindən müştərilərə təklif edilən kredit məhsullarından biri də xarici valyuta qarşılığında manatla təklif edilən kreditdir. Əmanət təminatlı kreditdən fərqi ondan ibraətdir ki, əmanət təminatlı kreditdə kreditin valyutası ilə əmanətin valyutası eyni olur.
Yəni, siz manatla yerləşdirilmiş əmanətə görə dollar krediti və ya əksinə kredit götürə bilməzsiniz. Xairici valyuta təminatlı kreditdə isə siz bankdan asılı olaraq əlinizdə olan dollar və ya avronu əmanət şəklində banka yerləşdirməklə milli valyutada kredit götürə bilərsiniz.
Bu kredit növü, əsasən əlində xarici (USD və ya Avro) valyuta nağd pulu olan amma yerli valyutada pula ehtiyacı olan insanların pullarını mübadilə etmədən manatla kreditə ehtiyaclarının qarşılanması baxımından effektivdir. Və ya artıq xarici valyutada banka yerləşdirilmiş əmanətiniz varsa, onu çıxarmadan həmin əmanətə bağlı manatla kredit götürmək baxımından səmərəlidir.
Bazarda cəmi 6 bank tərəfindən təklif edilir. Hesaba yerləşdirilmiş əmanət hesabının müəyyən məbləği bloka salındığından krediti götürmək istəyən şəxsin qeydiyyatı, iş yeri və ya gəlirinin olması rol oynamır. Banco.az olaraq, Xarici valyuta təminatlı AZN krediti verən bankları araşdırdıq. Ətraflı şəkildə hansı banklar tərəfindən və hansı şərtlərlə təklif edildiyi ilə aşağıdakı cədvəldə tanış ola bilərsiniz:
Bank |
Kreditin məbləği |
Müddət |
İllik Faiz |
Kreditin təminatı |
Maksimal LTV |
Kapital Bank |
300 -sığorta depozitinin 60%-i qədər |
1-12 ay |
25% |
USD və ya EUR valyutasında sığorta depoziti |
60% |
Bank Respublika |
500 - 30 000 AZN |
18 ayadək |
30% |
USD/EUR valyutasında depozit |
90% |
Naxçıvanbank* |
əmanət məbləğinin 90 % i qədər |
12 ay |
18% |
USD valyutasında depozit |
90% |
NİKOİL Bank |
300 - 100 000 AZN |
1-12 ay |
24% |
USD valyutasında depozit |
|
Rabitəbank |
Maksimal məbləğ 50000 AZN |
3-24 ay |
19-21 % |
USD/EUR valyutasında depozit |
70% |
Yapı Kredi Bank Azərbaycan |
əmanət məbləğinin 80 % i qədər |
12-36 ay |
depozit faizi + 12 % |
USD/EUR valyutasında depozit |
80% |
* Kart vasitəsi ilə kredit xətti ayrılır