Müəllif: Gülnar Əhmədli, Banco.az
Beynəlxalq səyahət maraqlı olsa da, bir sıra problemlərlə də dolu ola bilər. Bu zaman xüsusilə pulu necə xərcləməyi bilməmək turistlərin ən çox səhv etdiyi səhvlərdən biridir. Səyahət zamanı ATM əməliyyatlarından valyuta mübadiləsi çətinliklərinə qədər bir çox maliyyə problemləri ilə qarşılaşa bilərsiniz. Belə problemlərlə üzləşməmək üçün insanların xaricə səyahət edərkən ən çox etdikləri maliyyə səhvlərinə birlikdə nəzər salaq:
1. Artıq komissiya tələb edən kartlardan istifadə
Yanlış kartlardan istifadə xaricdə ən çox edilən səhvlərdən biridir. Burada kartdan istifadə edərkən hər əməliyyat üçün yüksək komissiya ödəmək məcburiyyətində qala bilərsiniz. Tez-tez səyahət edənlər üçün xarici valyutada əməliyyat komissiyası olmayan kart əldə etmək böyük üstünlükdür. Səyahət etməzdən əvvəl bankınızla əlaqə saxlayın ki, cari kartınızda bu cür problemlərin olub-olmadığını yoxlaya biləsiniz.
2. Nağd pul saxlamamaq
Səyahət edərkən özünüzlə kifayət qədər pul daşımamaq böyük səhv ola bilər. Xaricdə daha çox taksi və s. ödənişlər üçün kimi dərhal nağd pula ehtiyac olur. Siz hava limanına enərkən bankomat tapa bilərsiniz, lakin bu, çox vaxt pul çıxarmaq üçün yüksək komissiyalara səbəb olur. Buna görə də səyahət etməzdən əvvəl bankınızdan yerli valyuta əldə etməyiniz məntiqlidir. Vacib hallar üçün yanınızda 100-300 dollar əlavə pul saxlamalısınız.
3. Qarşılaşdığınız ilk valyutadəyişmə məntəqəsində pul dəyişdirmək
Hava limanının valyuta mübadilə məntəqələri çox vaxt çox yüksək məzənnələr və əlavə rüsum tələb edə bilər. Valyuta dəyişdirmək lazımdırsa, daha sərfəli məzənnə ilə hava limanında deyil, yerli bankomatda pul çıxara bilərsiniz. Lakin yenə də valyuta dəyişdirmək niyyətindəsinizsə, turistlərin çox olduğu yerlərdən istifadə etməyin və daha sərfəli variantları axtarın.
4. Məzənnənin konvertasiyasını mənimsəməmək
Xaricdə olarkən xarici valyutaya çevrildikdə yerli qiymətlərin nə dərəcədə olduğunu bilməmək lazım olduğundan artıq xərcləməyinizə səbəb ola bilər. Valyuta konvertasiyalarını başa düşmək alış-veriş və ya yemək seçimləriniz haqqında daha çox məlumatlı olmağa kömək edə bilər. Bu formada səfəriniz zamanı xərclərinizi daha asan idarə edə bilərsiniz.
5. Bankomatlardan pulların hamısını birdən yox, hissə-hissə çıxarmaq
Tez-tez bankomatdan kiçik məbləğdə pul çıxarmaq həm bankomata, həm də bankınıza komissiya ödəməyinizə səbəb ola bilər. Bu ödənişlərdən qaçmaq üçün səfəriniz üçün bir dəfəyə lazım olan maksimum məbləği çıxarmalısınız. Eyni zamanda, bankomatlardan istifadə edərkən təhlükəsizliyinizə də diqqət yetirməlisiniz.
6. Səyahət üçün büdcə təyin etməmək
Səfərə gedərkən çox vaxt həyəcan içində büdcə gözardı edilir. Səyahətinizin hər günü üçün büdcə təyin etməklə və ona sadiq qalmaqla həddindən artıq xərclərdən qaça bilərsiniz. Səyahətinizi planlaşdırarkən həm gündəlik xərclər, həm də gözlənilməz xərclər üçün büdcə yaratmaq sizə nəzarətdə qalmağa kömək edəcək.
7. Mobil dataya və rouminq ödənişlərinə diqqət etməmək
Səyahət zamanı ən çox rast gəlinən sürprizlərdən biri yüksək telefon ödənişləridir. Mobil data planınızı idarə etmədiyiniz zaman rouminq ödənişləri yüksək ola bilər. Bu vəziyyətdən qaçmaq üçün yerli SİM kart əldə edə və ya alternativ yolları araşdıra bilərsiniz.
8. Səyahət sığortasına etinasızlıq
Səyahət sığortası çox vaxt diqqətdən kənarda qalan, lakin çox vacib bir mövzudur. Tibbi fövqəladə hallar, səfərin ləğvi və ya baqajın itirilməsi kimi gözlənilməz hallar əhəmiyyətli xərclərə səbəb ola bilər. Səyahət sığortası sizə rahatlıq və təhlükəsizlik verir. Odur ki, sığortaya etinadız yanaşmamaqda fayda var.
9. Araşdırma aparmadan səfərə çıxmaq
Yadda saxlamaq lazımdır ki, səyahət etməzdən əvvəl araşdırma aparmaq maliyyə problemləri ilə üzləşməmək üçün ən yaxşı yollardan biridir. Şəhərdə ictimai nəqliyyat variantları və ən rahat səyahət marşrutları haqqında əvvəlcədən məlumatlı olmaq sizə lazımsız taksi xərclərindən qaçmağa kömək edə bilər.
Bizi sosial şəbəkələrdən izləyin!!