Müəllif: Gülnar Əhmədli, Banco.az
2023-cü ilin yanvar-oktyabr aylarında Azərbaycandan xaricə səfər edən vətəndaşların sığortası üzrə daxilolmalar 5 milyon 290 min manat təşkil edib.
Banco.az Mərkəzi Banka (AMB) istinadən xəbər verir, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 20.9% və ya 916 min manat çoxdur.
Eyni dövrdə xaricə səfər edən vətəndaşların sığorta ödənişləri isə 314.5 min manat təşkil edib ki, bu da 2022-ci ilin ilk 10 ayı ilə müqayisədə 2.6% və ya 7.9 min manat azdır.
Qeyd edək ki, 2022-ci ilin eyni dövründə bu növ üzrə yığımların məbləği 4 milyon 374 min manat, ödənişlərin məbləği isə 306.6 min manata bərabər olub.
Bizi sosial şəbəkələrdən izləyin!!