Müəllif: Gülnar Əhmədli, Banco.az
2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycandan xaricə səfər edən vətəndaşların sığortası üzrə daxilolmalar 5 milyon 641 min manat təşkil edib.
Banco.az Mərkəzi Banka (AMB) istinadən xəbər verir, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 18.3% və ya 873 min manat çoxdur.
Eyni dövrdə xaricə səfər edən vətəndaşların sığorta ödənişləri isə 488.5 min manat təşkil edib ki, bu da 2022-ci ilin ilk 11 ayı ilə müqayisədə 28.3% və ya 107.9 min manat çoxdur.
Qeyd edək ki, 2022-ci ilin eyni dövründə bu növ üzrə yığımların məbləği 4 milyon 768 min manat, ödənişlərin məbləği isə 380.6 min manata bərabər olub.
Bizi sosial şəbəkələrdən izləyin!!