Xanımlar üçün iş imkanı | Banco.az

Xanımlar üçün iş imkanı

“Caspian Development Bank (CDB)” ASC Resepşn vəzifəsi üçün vakansiya elan edib.

Resepşn 

Tələblər:

  • Biliklər:əla səviyyədə Azərbaycan və Rus dilləri, orta səviyyədə İngilis dili
  • Microsoft office proqramlarında işləmə bacarığı
  • 20-30 yaşadək xoş görünüşlü, gülərüz xanım namizədlər
  • İş təcrübəsi vacib deyil

Vəzifə öhdəlikləri:

- Banka daxil olan müştəriləri və qonaqları qarşılamaq və yönləndirmək.
- Bütün bank məhsulları və xidmətləri barədə müştərilərə ətraflı məlumat vermək.
- Lazım olduqda müştərilərə elektron poçt vasitəsi ilə bütün bank məhsulları və xidmətləri barədə məlumatlar göndərmək.
- Bank xidmət və məhsulları ilə problemləri olan müştərilərin müraciətlərini səlahiyyəti çərçivəsində problemlərin həllində yardımçı olmaq, digər hallarda müştərini müvafiq struktur bölməyə yönləndirmək.
- Banka daxil olan sənəd, məktub və bağlamaları qəbul etmək, qeydiyyata almaq və aidiyyatı struktur bölməyə ötürmək.
- Bankdan çıxan sənəd, məktub və bağlamaların ünvana göndərilməsini təmin etmək və çixiş sənədlərin qeydiyyatını aparmaq.
 
Əgər Siz qeyd olunmuş tələblərə uyğunsuznuzsa, onda CV-lərinizi Caspian Development Bankın [email protected] elektron  ünvanına göndərə bilərsiniz!

Ən sərfəli kredit üçün müraciət et

CV-rinizdə mütləq son 6 ay ərzində çəkilmiş rəngli fotoşəkliniz olmalıdır. CV-lərinizi göndərərkən mailın “Subject” hissəsində müraciət etdiyiniz vakansiya göstərilməlidir!

Son müraciət tarixi - 25.08.2016

Həmçinin bax : Kredit mütəxəssisi axtarılır