Xalq Bankın xalis mənfəətində böyük artım | Banco.az

Xalq Bankın xalis mənfəətində böyük artım

“Xalq” Bank 2019-cu ilin 9 ayını 24 milyon 52 min manat xalis mənfəətlə başa vurub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6 milyon 560 min manat və ya 36.52% çoxdur.

2019-cu ilin 9 ayı ərzində ASC “Xalq” Bankın cəmi aktivləri 169 milyon 190 min manat (8,43%) artaraq 2 milyard 177 milyon 370 min manata çatıb. Bu barədə Bankın yaydığı press-relizdə bildirilir.

Qeyd edilib ki, Bankın müştərilərə verilən kreditlərinin həcmi 192 milyon 170 min manat (13,9%) artaraq  30 Sentyabr 2019-cu il 1 milyard  547 milyon 770 min manat təşkil etmişdir. Müştərilərdən cəlb olunan depozitlərin həcmi 160 milyon 390 min manat (12,73%) artaraq 1 milyard 420 milyon manata çatıb.

“Qeyd etmək lazımdır ki, bankın maliyyə-təsərrüfat fəaliyyətində müşahidə olunan müsbət trend, əsasən gəlir gətirən aktivlərin diversifikasiyası, yeni müştərilərin cəlb olunması, əməliyyat gəlirlərinin artırılması və xərclərin optimallaşdırılması nəticəsində yaranmışdır. 2019-cu ilin yanvar-sentyabr dövrü ərzində Bankın faiz gəlirləri ötən ilin anoloji dövrünə nisbətən 366 min manat (0,45%) artaraq 82 milyon 510 min manat, faiz  xərcləri isə 3.3 milyon manat (18,84%) azalaraq 14 milyon 210 min manat təşkil edib. Qeyri-faiz gəlirləri isə 9 milyon 990 min manat (251,52%) artaraq 13 milyon 960 min manat, qeyri-faiz xərcləri isə 6 milyon 760 min manat (22%) artaraq 37 milyon 260 min manat təşkil edib.

Ən sərfəli kredit üçün müraciət et

2019-cu ilin doqquz ayı ərzində "Xalq Bank" öz mənfəətliliyini qoruyub saxlamış və ötən ilin anoloji dövrü ilə müqaisədə 6 milyon 560 min manat (36.52%) artım nümayiş etdirərək, ilin üç rübünü 24 milyon 52 min manat xalis mənfəətlə bitirib.

Bankın cəmi kapitalı сari ilin 9 ayı ərzində 125 milyon 910 min manat (44.57%) artaraq 408 milyon 30 min manata çatmış, nizamnamə kapitalı isə 364 milyon 770 min  manat təşkil etmişdir", - Bankın məlumatında deyilir.