“Xalq Bank”da yeni təyinat | Banco.az

“Xalq Bank”da yeni təyinat

ASC  "Xalq Bank"ın Biznesin inkişafı idarəsi, marketinq və satışın təşkili şöbəsinin rəisi vəzifəsinə yeni təyinat olub.

Bu barədə banka yaxın olan mənbədən məlumat daxil olub.

Məlumata görə, cari ilin noyabr ayından başlayaraq bu vəzifə Tural Qulubəyliyə həvalə edilib.

Ən sərfəli kredit üçün müraciət et

Bildirək ki, T. Qulubəyli 4 ilə yaxındır ki, «Xalq Bank»da çalışırdı və onun bankdakı sonuncu vəzifəsi "Biznesin İnkişafı İdarəsində" idi.

Qulubəyli, ali təhsilini Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında alıb.

marja.az

 

Ən sərfəli krediti almaq üçün müraciət et