WhatsAppda yeni funksiya tətbiq olunur | Banco.az

WhatsAppda yeni funksiya tətbiq olunur

WhatsApp mesencerində istifadəçiləri öz razılıqları olmadan qrup çatlarına qoşmağa imkan verməyən yeni funksiya tətbiq olunur.

Bundan belə yalnız adları rabitə siyahısında olanlardan qrupa dəvət qəbul olunacaq, qalanlara isə blok qoyulacaq. Bu barədə mesencer xəbərdarlıq verməyəcək.

Ən sərfəli kredit üçün müraciət et

Bu funksiyanın WhatsAppın son sınaq versiyasına daxil edildiyi, yenilənmədən sonra bütün istifadəçilərin ona qoşula biləcəyi də bildirilir.

Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et