Yeni nömrəni yeni hesab kimi qeydiyyatdan keçirmək istəyirsiniz və istəmirsiniz ki, “WhatsApp”da sizə göndərilən fotolar, səsli mesajlar, videolar silinsin. Bunun üçün nə etmək lazımdır?
Bu barədə daha ətraflı məlumatı təıqdim edirik.
1. "WhatsApp"ı açın və yuxarı sağ küncdəki üç nöqtəli işarəyə toxunun. Parametrləri seçin.
2. Növbəti ekranda "hesab" xanasını seçin.
3. İndi "nömrəni dəyişdir" xanasını seçin.
4. Ekranın aşağı hissəsində növbəti seçiminə toxunun.
5. Köhnə telefon nömrənizi, ardınca yeni telefon nömrənizi daxil edin və saxlamaq üçün "növbəti" düyməsini sıxın.
6. Ən sonda yeni nömrənizə gələn təsdiqləmə kodunu müvafiq xanaya daxil edirsiniz və həmişə kimi "WhatsApp" aktiv olur.
Məsləhət görülür ki, ehtiyat nüsxəsini (Back up) həyata keçirəsiniz.
trend
Bizi sosial şəbəkələrdən izləyin!!