Vyetnam dəmir yolu daşımalarında Azərbaycanla əməkdaşlıqda maraqlıdır | Banco.az

Vyetnam dəmir yolu daşımalarında Azərbaycanla əməkdaşlıqda maraqlıdır

"Vyetnam dəmir yolları" yük daşımalarının daha effektiv həyata keçirilməsi üçün Azərbaycanla əməkdaşlıqda maraqlıdır. Bunu müsahibəsində Azərbaycanın Vyetnamdakı səfiri Anar İmanov deyib.

Səfir deyib: ""Şimal-Cənub", Bakı-Tbilisi-Qars kimi nəqliyyat layihələrinin vacibliyini qeyd etmək lazımdır. Bu cür layihələrin reallaşdırılması Cənub-şərqi Asiyada Avropya yük daşımalarının müddətini və xərclərini kəskin şəkildə azalda bilər”.

Ən sərfəli kredit üçün müraciət et

A.İmanovun sözlərinə görə, bu cür layihələr Vyetnamdan Azərbaycana və əks istiqamətdə yük daşımalarını sadələşdirə bilər və iki ölkə arasında ticarət əlaqələrinin genişlənməsinə yol açar.

Hazırda Vyetnamdan Azərbaycana yük daşımaları əsasən dəniz yolu ilə həyata keçirilir.

Mənbə: Trend.az