VTB mobile vasitəsilə pulu kartdan karta necə köçürmək olar? - VİDEO | Banco.az

VTB mobile vasitəsilə pulu kartdan karta necə köçürmək olar? - VİDEO

VTB Bank (Azərbaycan)-nın müştəriləri bankın mobil tətbiqi vasitəsilə pulu kartdan digər karta necə köçürə bilər?

Bankın mobil tətbiqinə daxil olduqdan sonra aşağıdakı ardıcıllıqla əməliyyatı həyata keçirə bilərsiniz:

1. "Əməliyyatın statusu"na daxil olaraq kartdan karta xidmətini seçin;

2. Açılan pəncərədən pulu  göndərəcəyiniz şəxsin adı, kartının 16 rəqəmli kodunu daxil edin;

3. Daha sonra köçürmənin məbləği, valyutası, tarixi və təyinatını qeyd edin;

4. Aşağı hissədə "Davam et" düyməsini klikləməklə qeyd etdiyiniz məlumatları yoxlayın;

5. Sonda telefon nömrənizə gələn təsdiqləmə kodunu daxil edib, "Təsdiq et" düyməsini basın.

Digər bankların mobil tətbiqi vasitəsilə kartdan karta pul köçürmə (card to card) xidməti ilə buradan tanış ola bilərsiniz.

Ən sərfəli kredit üçün müraciət et

Video Banco.az tərəfindən hazırlanıb.

Tahir Əsgərli və Tərlan Qəhrəmanova, Banco.az

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram