Volvonun yeni modeli niyə Tesla qatili hesab edilir? | Banco.az

Volvonun yeni modeli niyə Tesla qatili hesab edilir?

Polestarın lüks bölməsi, Çin avtomobil holdinqi Geely şirkətinə daxil olan Volvo Cars öz ilk elektomobilini təqdim etdi. Polestar 2, Tesla 3 elektromobili ilə eyni qiymətə olub, İlon Mask şirkətinin son ümidi olan modeldən daha çox üstünlüklərə malikdir. Tesla-nın növbəti qatili maraqlı üstünlükləri ilə seçilir.

Polestar 2 – Tesla Model 3 modelinin birbaşa rəqibidir. Maksimum komplektasiyada, 440 km qaçış sürəti ilə belə qiyməti 59 990 avro dəyərindədir. 

Uğurlu dizayn, 100 km/saat sürətini 5 saniyə ərzində qət edə bilir. Mərkəzi paneldə yerləşən böyük touchscreen, elektromobilin daha da rahat idarə edilməsini təmin edir. Volvo avtomobilinin interfeysi, Tesla modelindən fərqli olaraq Android platforması üzərindən tamamilə Google ekosisteminə inteqrasiya edib.

Həmçinin oxu: Tesla şirkəti hansı ciddi problemlər ilə qarşılaşıb?

Ən sərfəli kredit üçün müraciət et

Polestar 2 elektromobilinin öncədən sifarişi mümkün olsa da, kütləvi istehsal 2020-ci ildə start götürəcək. İldə 50 min avtomobil istifadə edilməsi isə 2022-2023-cü illərə planlaşdırılır. Təxmini olaraq elə o zaman üçün Mercedes, Audi  BMW markaları da öz brendlərinə məxsus elektromobil istehsal etməyə hazırlaşır.  

Bu o deməkdir məhz bu məsələdə Tesla həm yeni, həm də digər rəqiblərini qabaqlamağı bacarıb. İlon Maskın rəhbərlik etdiyi Tesla şirkəti ötən il ərzində 140 min Model 3 elektro avtomobilini istehsal edib. Qeyd edək ki, dünyada ən çox elektoavtomobil məhz Tesla-ya məxsusdur.

Ekspertlər, Tesla və Polestar modellərinin əsas rəqabət meydançasının məhz Çin bazarı olacağını iddia edir. Məhz həmin bu bazarda Geely həm məhsulunu istehsal, həm də təqdimat etməyi bacaracağı deyilir.

Xəbəri həm də başqa dildə oxumaq mümkündür: Volvo выкатила «убийцу» Tesla Model 3 по той же цене

Ən sərfəli krediti almaq üçün müraciət et