Varlı insanların daha çox pul qazanmaq üçün istifadə etdikləri psixoloji üsullar | Banco.az

Varlı insanların daha çox pul qazanmaq üçün istifadə etdikləri psixoloji üsullar

Varlı insanla varlı olmayan insan arasındakı yeganə fərq onun bank hesabında olan pul deyil. Varlı və uğurlu insanlar əsasən daha fərqli düşünməyə meyilli olurlar.

Tək başına bir sərvət yaradan Steve Siebold, 25 ildən çox milyonçularla çalışdıqdan sonra qələmə aldığı “How Rich People Think” kitabında “Varlı olmaq düşüncə tərzi ilə və pul qazanmağa olan inancınızla başlayır” deyir. Yüzlərlə müsahibə alan Siebold, bir şeyin fərqinə vardığını bildirir;

“İnsanları zəngin olmaqdan və yaxşı yaşamaqdan məhrum edən şey istəksizlik deyil, hər hansı bir şeyi həyata keçirmək üçün öz bacarıqlarına inanmamalarıdır.”

Əslində varlı insanla varlı olmayan insan arasındakı fərq bəlkə də psixoloji əsaslara bağlıdır. Gəlin, varlı insanların müraciət etdikləri psixoloji üsullara nəzər salaq:

1. Kifayət qədər pulları olmasa belə, özlərinə bunu etiraf etməzlər

Varlı insanlar öz gələcəklərini başqlarının sahib olduğu pulun hesabına qurmaqdan çəkinməzlər. Əgər möhtəşəm bir fikirləri varsa və bunu həyata keçirəcək vəsaitləri yoxdursa, bunu həyata keçirmək üçün başqasının pulundan istifadə etməyi yanlış hesab etməzlər.

2. Gözləntilərini çox böyüdərlər

Orta təbəqəyə mənsub olan insanlar gözləntilərini artırmazlar, çünki belə etdikdə məyusluğa uğramayacaqlarını düşünərlər. Varlı insanlar isə bunun əksini edər və beləliklə də hər cür mübarizəyə hazır olarlar. Qarşılarına böyük bir məqsəd qoyduqları zaman isə bunu həyata keçirməyin yollarını axtararlar.

3. Pul qazanmağa bir oyun kimi yanaşarlar

Ən sərfəli kredit üçün müraciət et

Varlı insanlar iş, həyat və pul qazanmağı bir oyun kimi görürlər. Siebold, “Qazanmağı çox sevdiyiniz bir oyun kimi düşünün” deyir və əlavə edir;

“Milyonçuların hər gün işə gedib növbəti uğurlarını qazanmaları üçün çalışmalarının səbəbi məhz budur. Pul onlar üçün hədəflərinə çatdıqlarını xarakterizə edən göstəricidən başqa bir şey deyil.”

4. Pulu dost kimi görərlər

Varlı insanlar pulu özlərinin ən böyük dəstəkçisi və dostları olaraq görürlər. Söhbət elə bir dostdan gedir ki, həmin dost qayğı və narahatlıqlarla keçən yuxusuz gecələri sona çatdırma və hətta həyatını xilas etmə gücünə sahibdir.

Varlı insanlar pula problemləri həll edən və huzur yaradan bir vasitə kimi yanaşdıqları halda, orta təbəqəyə mənsub insanlar pulu heç vaxt yox olmayacaq bir şeytan olaraq görürlər.

5. Qorxuya qapılmazlar

Siebold, “Ən uğurlu insanlar, qorxusuz olanlardır” deyir. Bu insanlara hər şey mümkün görünür, əksəriyyətin əlçatmaz hesab etdiyi xəyallar belə həqiqətə çevrilir. Buna nail olmaq üçün isə, sizə rahat olan daxili dünyanızdan kənara çıxmalısınız.

6. Özlərini varlı olmağın çox təbii bir şey olduğuna inandırarlar

Varlı insanlar uğurlu və xoşbəxt olmağın yaradılışın təbiətinə xas olduğunu düşünərlər. Halbuki varlı olmayanlar “Mən kiməm ki milyonçu olum” deyə düşünərək özlərini varlı olmağa layiq görməzlər.

Tamara Mustafayeva, banco.az