"Unicapital İnvestisiya Şirkəti" bazarların həftəlik analitikasını təqdim edir | Banco.az

"Unicapital İnvestisiya Şirkəti" bazarların həftəlik analitikasını təqdim edir

"Unicapital İnvestisiya Şirkəti" ASC-nin Portfel idarəçiliyi şöbəsi bazarların həftəlik analitikasını təqdim edir:

Daxili Bazar

• 20 iyun tarixində AR Maliyyə Nazirliyinin 2 illik istiqrazlarının hərracında tələb təklifi 3.5 dəfə üstələmiş, hərrac 7.80% orta ölçülmüş gəlirliliklə nəticələnmişdir. Xatırladaq ki, bundan öncəki 2 illik istiqrazların hərracında gəlirlilik 7.19% olmuşdu.

• 24 iyun tarixində keçirilən 3 illik AR Maliyyə Nazirliyinin istiqrazlarında tələb artmış, həmçinin gəlirlilik 8.44%-dən 8.82%-ə yüksəlmişdir. Həmçinin, 4 iyul tarixində də 60 milyon AZN həcmində 3 illik istiqrazların yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir.

• AR Mərkəzi Bankının not hərraclarında isə gəlirliliklər artıq 3-cü dəfədir ki, ardıcıllıqla azalmaqda davam edir. Belə ki, son hərraclarda 1,3,6 və 9 aylıq notlarda gəlirliliklər 6.19%-9.02% aralığından 5.89%-8.85% aralığına düşmüşdür. Həmçinin nəzərə almaq lazımdır ki, son hərraclarda tələbdə əsaslı artım gözə çarpmaqdadır.

Qlobal bazar

• Bu həftənin cümə günü ABŞ üçün önəmli iqtisadi göstəricilərdən biri olan məşğulluq məlumatı – qeyri-kənd təsərrüfatı sahəsində iş yerlərinin sayındakı dəyişiklik məlumatı açıqlanacaq. Göstəricinin azalaraq 339k-dan 225k-a düşəcəyi proqnoz edilib. Həmçinin, işsizlik dərəcəsinin 3.7%-dən 3.6%-ə düşəcəyi gözlənilir.

• Avrozonada illik inflyasiya azalaraq 6.1%-dən 5.5%-ə düşmüşdür. İqtisadçıların gözləntiləri inflyasiyanın 5.6%-ə düşəcəyi istiqamətində idi.

Ən sərfəli kredit üçün müraciət et

• Avrozonada işsizlik isə gözləntilərə də uyğun olaraq dəyişməz olaraq 6.5% qalıb.

• 22 iyun tarixində Türkiyə Mərkəzi Bankı faiz dərəcəsi ilə bağlı qərarını açıqladı. Bloomberg-ə əsasən, analitiklər faizlərin 20%-ə qaldırılacağını proqnoz etsələr də, TMB faizləri 8.50%-dən 15%-ə qaldırdı. Qərardan sonra Türk lirəsi ABŞ dolları qarşısında dəyər itirməyə davam etdi.

• 5 iyul tarixində Türkiyədə inflyasiya məlumatı açıqlanacaq. İstehlak Qiymətləri İndeksinin 39.59%-dən 38.90%-ə düşəcəyi gözlənilir.

• Rusiyada işsizlik dərəcəsi 3.3%-dən 3.2%-ə düşmüşdür

Həftəlik analitikanı "Unicapital İnvestisiya Şirkəti" ASC-nin Portfel idarəçiliyi şöbəsi təqdim etdi.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et