Unibankdan ipoteka götürənlərin 90%-dən çoxu kampaniyadan faydalanıb | Banco.az

Unibankdan ipoteka götürənlərin 90%-dən çoxu kampaniyadan faydalanıb

“Unibank”ın 7%-lik ipoteka kampaniyası davam edir. İyunun sonunadək uzadılan kampaniya çərçivəsində müraciət edənlər ipoteka kreditlərini 1% daha aşağı faizlə əldə edəcəklər. “Unibank”ın aşağı faizli ipoteka krediti kampaniyası, şəxsi mənzil sahibi olmaq istəyənlərin kredit ödənişlərini daha da sərfəli etməyə hesablanıb. Kampaniyanın şərtləri haqda daha ətraflı məlumatı bu linkdən (http://unbk.az/ipoteka) əldə etmək mümkündür.

Unibank”ın İpoteka Kreditləri şöbəsinin müdiri Xalid Hətəmov bildirib ki, bankdan adi şərtlərlə ipoteka krediti götürmək istəyənlərin əksəriyyəti  kampaniyadan faydalanmağa üstünlük veriblər:”Bu ilin 5 ayında 24 sosial (güzəştli), 38 adi ipoteka krediti rəsmiləşdirilib. Adi şərtlərlə ayrılan ipoteka kreditlərinin 90%-dən çoxu 7%-lə ayrılıb. Bu həm də endirimli faizdən faydalanan vətəndaşlarımızın ümumi kredit ödənişi dövründə 10-15 min manat əlavə faiz ödənişindən azad olunması deməkdir. Digər diqqətçəkən məqam kampaniya çərçivəsində vətəndaşların ipoteka ilə aldığı evlərin 65%-nə yaxınının 2005-ci ildən sonra tikilmiş mənzilər olmasıdır”. 

İpoteka kreditləri üzrə müraciətləri indi edin ki, endirimli faizdən faydalananlardan olasınız!

Qeyd edək ki, Unibank 2006-cı ildən Azərbaycan İpoteka Fondunun müvəkkil bankları sırasındadır. Ötən il ipoteka kreditlərinin verilməsi sahəsində bank bu illər ərzində ən yüksək göstərici əldə edib. 2021-ci ildə ümumilikdə 150 nəfərə 10 milyon manatdan çox ipoteka krediti verilib.

İpoteka kreditləri "Unibank”ın "Yasamal”, "Sumqayıt” və "Kəpəz” filiallarında ayrılır.

Ən sərfəli kredit üçün müraciət et

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az) və yaxud Facebook, Twitter və Instagram səhifələrindən (www.facebook.com/unibank.az,  https://twitter.com/unibank, https://www.instagram.com/unibank.az/) əldə etmək olar.

Unibank- Sənin Bankın!

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

İnstagram

Telegram