“Unibank” maliyyə nəticələrini açıqlayıb | Banco.az

“Unibank” maliyyə nəticələrini açıqlayıb

“Unibank ASC” 2016-cı ilin 3-cü rübünə olan maliyyə nəticələrini açıqlayıb.

Banco.az bankın rəsmi göstəricilərinə əsasən xəbər verir ki, cari ilin sentyabrında bankın aktivlərinin həcmi 727 mln. 674 min manat olub.

Bankın müştərilərə verilən kreditlərinin həcmi 442 mln. 324 min manat təşkil edib. Banklara verilən kreditlərin həcmi isə 5 mln. 674 min manat olub.

Ən sərfəli kredit üçün müraciət et

Sözügedən dövrdə “Unibank ASC”nin deposit portfeli 366 mln. 977  min manat həcmində olub.

2016-cı ilin 3-cü rüb göstəricilərinə əsasən bankın cəmi kapitalı 69 mln. 113 min manat olub.

Xatırladaq ki, "Unibank" 2002-ci ildə Azərbaycanın iki kommersiya bankı - 1992-ci ildən fəaliyyət göstərən "Mbank" və 1994-cü ildən möcvud olan "Promtexbank"ın birləşməsi ilə yaradılıb.