Şirkətin adı: Unibank KB
Yerləşmə: Bakı
Sektor: İnformasiya Texnologiyaları /Bank
Vəzifə : İnformasiya texnologiyaları üzrə analitika şöbəsinin Mütəxəssisi
Müqavilə şərtləri: Daimi
Bank haqqında
Unibank – Azərbaycanın 1992-ci ilin avqust ayında, ilkin olaraq MBank adı altında, təsis edilmiş ən iri özəl banklarından biridir. MBank ilə Azərbaycanın aparıcı banklarından biri olan PROMTEXBANK-ın birləşməsindən sonra, onun adı 2002-ci ilin oktyabr ayının 15-də Unibank-a dəyişdirilmişdir. 2003-cü ildə Bankın kapitalına Avropa Yenidənqurma və İnkişaf Bankı, 2005-ci ildə isə DEG – Alman sərmayə korporasiyası qoşulmuşlar.
Müştəri yönümlü bank olaraq biz, müxtəlif regionlarda müştərilərin tələbatını nəzərə alırıq və qlobal xarakter daşıyan, eyni zamanda lokal bazarlar üçün adaptasiya olunmuş məhsullar və xidmətlər təqdim edirik. Bu zaman biz yüksək etik standartlara və sosial məsuliyyət prinsipinə ciddi riayət edirik. Təsadüfi deyil ki, bugün Unibank maliyyə bazarında layiqli nüfuz əldə etmişidir.
Fəaliyyətimizin başlıca prioriteti kimi müştərilərin tələblərinə xüsusi diqqət ayırmaqla bərabər, biz həmçinin əməkdaşlarımızın qayğısına qalırıq, çünki onlar strategiyamızın müvəffəqiyyətlə həyata keçirilməsində aparıcı rol oynayırlar. Məhz buna görə də, bir İşəgötürən kimi bizim üçün sosial dəyərlər işə götürmə zamanı olduqca mühüm amildir. Bizim baza dəyərlərimizə (birlik, açıqlıq, etibarlılıq) müvafiq olaraq, biz cari və gələcək biznes-məqsədlərin həyata keçirilməsi üçün əməkdaşlarımızın, inkişafını təmin etməyə çalışırıq. İnkişaf strategiyasının həyata keçirilməsi məqsədilə, Unibank, bankın imici və təqdim edilən məhsullar və xidmətlərin keyfiyyəti üçün məsuliyyəti dərk edən loyal əməkdaşlar axtarışındadır.
Başlıca öhdəliklər və məsuliyyətlər
• Bankın bütün struktur bölmələrindən daxil olan texniki dəyişiklik və yeni məhsulların yaradılması sorğularını qəbul etmək;
• Sorğuları analiz etmək üçün görüşlərdə iştirak etmək, texniki icra prosesinə təsir edə biləcək bütün məqamları aydınlaşdırmaq, texniki həlli mümkün olmayan sifarişlərlə bağlı sifarişçiyə həlli mümkün təkliflər vermək;
• Sifarişlərin icrası ilə bağlı bankdaxili, yerli və xarici tərəfdarlarla (proqramlaşdırma əməkdaşları ilə) texniki müzakirələrdə iştirak etmək, müzakirələrdə qəbul edilmiş razılaşmaları sifarişçilərlə müzakirə etmək və texniki tapşırıq tərtibində nəzərə almaq;
• Cari sifarişlər üzrə texniki tapşırıqlar, prosesi əks etdirən blok-sxemlər tərtib etmək;
• İcra zamanı yarana biləcək sualları cavablandırmaq və icradan sonra biznes prosesini test etmək və s.
Namizədin Profili
• Ali təhsil (Tətbiqi riyaziyyat, texniki elmlər və ya iqtisadi);
• Rus və İngilis dilləri üzrə biliklər;
• Analitik düşüncə qabiliyyəti və yüksək məntiqi təfəkkür;
• Biznes proseslərinin təsviri və modelləşdirilməsi üzrə biliklər (BPMN, Agile Model).
Aşağıdakı namizədlərə üstünlük veriləcəkdir:
• Bank və ödəniş sistemləri ilə bağlı layihələrdə təcrübəsi olanlara,
• Oracle SQL sorğu dili, Microsoft Visio üzrə təcrübə və ya bacarıqları olanlara,
• Bank sistemlərinin iş prosesi barədə məlumatlı olanlara.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini şəkil [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-ın mövzu hissəsində (İnformasiya texnologiyaları üzrə analitika şöbəsinin Mütəxəssisi) göstərməyiniz xahiş olunur.