Ukrayna dövlət şirkətlərini 5 milyard dollara özəlləşdirəcək | Banco.az

Ukrayna dövlət şirkətlərini 5 milyard dollara özəlləşdirəcək

Müəllif:Ayşən İmanova/Banco.az

Ukrayna büdcə kəsirini aradan qaldırmaq üçün ən azı 19 dövlət şirkətini özəlləşdirmək istəyir.

Banco.az xəbər verir ki, bu barədə Britaniyanın “Times” nəşri məlumat yayıb.

Məqalədə qeyd olunur ki, Ukrayna 2024-cü ilin yayından müdafiə büdcəsinin 3,9 milyard funt sterlinq (4,98 milyard dollar) kəsirini aradan qaldırmaq və iqtisadi investisiya cəlb etmək üçün ən azı 19 dövlət şirkətini satacaq.

Satışa çıxarılan əsas aktivlərə, Avropanın ən böyük titan və sirkonium mədən şirkəti “United Mining and Chemical Company”(UMCC), Kiyevin mərkəzində yerləşən “Ukraine” oteli və “Ocean Plaza” ticarət mərkəzi daxildir. Otelin başlanğıc qiyməti 25 milyon dollar, “UMCC”nin  qiyməti isə 100 milyon dollardır.

Ümumilikdə, Ukraynada sovet dövründən bəri dövlət tərəfindən idarə olunan 2,3 mindən çox dövlət müəssisəsi qalır. Onların əksəriyyəti artıq gəlir gətirmir, lakin büdcəyə zərər verir və yığılmış borcları var.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et