Prayvit Bankirlərin intervüdə ən çox qarşılaşdığı suallar
Prayvit bankinq – hal hazırda dünyada investisiya bankçılığı və kapital idarəetməsi sahəsində ən cəlbedici, təminatlı və inkişaf potensialı olan karyera sahələrindən biridir. Azərbaycanda bu karyera sahəsi hələ yetərincə cavandır və səriştəli kadrların sayı kifayət qədər deyil.
Prayvit bankirlər yüksək xalis sərvəti olan insanlara (high-net-worth individuals, qısaca HNWIs) iri investisiya banklarının nəzdində xidmət göstərir, JPMorgan Chase və ya Credit Suisse banklarını misal göstərmək olar. Prayvit bankinq sektorunda iki əsas vəzifə var: əlaqələr üzrə menecer və investisiya mütəxəssisi. Əgər onlardan biri hesablara görə məsuliyyət daşıyırsa, digəri daha çox müştərinin investisiyalarının artırılmasınıın və düzgün yerləşdirilməsinin qeydinə qalır. Prayvit bankirlər həm də müştərilərinə vergilərin idarəetməsi, status və xeyriyyəçilik ianələrinin planlaşdırılması ilə bağlı məsləhətlər verir, konsaltinq xidməti də həyata keçirir.
Prayvit bankinq sahəsində müvəffəqiyyət qazanmaq, əsasən sizin özünüzü və təmsil etdiyiniz bankın xidmətlərini zəngin insanlara satmaq qabiliyyətinizdən asılı olacaq. Amma hələ o məqama çatana qədər, siz öz üzərinizdə yetərincə çalışmalı, müvafiq hazırlıq prosesi keçməli, lazımi səriştəyə və peşəkarlığa yiyələnməli, ən nahəyət özünüzü intervüdə təqdim etməli - “özünü satmalısınız”. Bunu etməkdən ötrü, siz intervüyə gəlməzdən öncə müvafiq sahədə araşdırma aparmalı, uzaqgörən olmalı və çox qısa bir müddət ərzində inanılmaz xoş təəssürat bəxş etməlisiniz.
Ən çox qarşılanan suallar:
"Siz kredit riskinin idarəetməsinin qiymətləndirilməsini necə həyata keçirirsiniz?
Müsahibəni götürən şəxs sizin müştərinin maliyyə durumunu və kredit riskini qiymətləndirmək qabiliyyətiniz ilə maraqlanır. Uyğun cavab fərdin və ya firmanın kredit riskinin ölçülməsi zamanı istifadə olunan təməl addımları sadalamaq olacaqdır. İlk addım müştərinin maliyyə hesabatlarını diqqətlə incələmək və onları borc təhlilinin müxtəlif aspektlərindən qiymətləndirməkdir, məsələn leverec əmsalı, borclanma əmsalı, likvidlik əmsalı və cari əmsal.
İkinci addım isə, müxtəlif maliyyə təhlili alətlərinin tətbiqi ilə müştərinin ümumi maliyyə sağlamlığını, mənfəət və ya gəlir hesabatlarının fundamental keyfiyyət analizini nəzərdən keçirmək olacaqdır, həmçinin bu zaman sadə iqtisadi proqnozlaşdırmadan da istifadə etmək olar. Müştərinin kredit tarixçəsi, xüsusən də bankla olan əlaqələrinin tarixi nəzərə almalı olduğunuz digər vacib məqamdır. Bütün bu elementlər birlikdə kombinasiya olunduqdan sonra, bankın özünün risk skorinqi sistemindən istifadə etməklə müştərinin risklilik dərəcəsini qiymətləndirmək mümkündür.
"Bizim bir çox müştərilərimiz yaşlı insanlardır. Siz belə bir situasiyanın öhdəsindən necə gələrsiniz, əgər müştəri sizi çox gənc və yetərincə təcrübəli olmadığınızı düşünüb sizinlə işləmək istəməzsə?
İyirmi və hətta 30 yaş üzərində olan namizədlər üçün belə, bu sualla intervüdə üzləşmək ehtimalı çoxdur, çünki bu sual doğrudan da prayvit bank gerçəkliyini əks etdirir. Prayvit bank müştərilərinin böyük çoxluğu əsasən 50 yaş üzərində insanlar olur və onlar ilkin anlarda öz sərvətlərinin 20 yaşlı “uşaqlara” idarəetməyə verməyə etiraz səslərini ucalda bilər. Bu suala ən yaxşı cavab, daha öncədən yaşlı və zəngin müştərilər ilə iş təcrübəsinin olmasına istinad etməkdir. (təbii ki, əgər belə təcrübəniz olubsa)
Alternativ halda, əgər belə bir təcrübə yoxdursa və misal çəkmək mümkün deyilsə, ən yaxşı yanaşma sizin özünüzə inamınızı düzgün şəkildə ifadə etməkdir. Siz inandırmalısınız ki, istənilən yaşda və istənilən sahədən olan insanlarla elə bir münasibət qura bilərsiniz ki, onları qorxularını idarə etmək tam sizin əlinizdə olsun, siz həmin insanların qorxu və şübhələrini yox etməyi bacaracağınıza əmin olduğunuzu göstərməlisiniz. Sizi intervü edən şəxsin özünün də sizdən bir neçə yaş böyük ola bilməsini nəzərə alıb, suala ən yaxşı cavab olaraq, sizin aradakı potensial yaş maneəsini aşmaq qabiliyyətinizi göstərməkdir.
"Əgər Siz bu gün investisiya etməyə başlasanız, ilk etdiyiniz investisya Hansı olacaq və Niyə?
İntervüyə hazırlıqlı gəlin, hər hansı bir investisiya sahəsinin ümumi mənzərəsini və fundamental analizini virtual şəkildə danışın, əlbəttə ki, kapital və mənfəət investisiyasının başlıca sektorlarını unutmayın. Müasir investisiya dünyasında dünyanın müxtəlif bölgələrində maliyyə bazarlarının müqayisə etməyə və tutuşdurmağa da hazırlıqlı olmaq lazımdır.
Amma daha spesifik şəkildə sizin indi etmək istədiyiniz konkret bir investisiya haqqında sual verə və bunun səbəbini soruşa bilərlər.
Müsahibiniz sadəcə əmin olmaq istəyir ki, siz potensial investisiya ilə nə qədər yaxından tanışsınız, o həmçinin bilmək istəyir ki, siz sonsuz sayda investisiya imkanları içində necə qiymətlərindirir və necə seçirsiniz, yəni meyarlarınız, metodlarınız nəyə əsaslanır. Çox vacibdir ki, bu suala da hazırlanmış cavabınız və cavabınızı yaxşı izah edəcək tutarlı səbəbiniz olsun, yəni niyə sualına da yaxşı cavab verə biləsiniz. Əgər siz bu suala “Apple” və ya “Google”-dan bir az daha orijinal cavab verə biləsiniz və seçimin üçün məntiqli arqumentlər gətirsəniz, özünüzü intervü götürənin beynində digərlərindən daha çox fərqləndirə biləcəksiniz.
Necə uğurlu prayvit bankir olmalı?
HNWIs – yüksək xalis sərvətli insanlar adətən prayvit bankirlərə olduqca iri məbləğli pulların idarə edilməsini həvalə edir, ona görə də siz maliyyə dünyasından kifayət qədər xəbərdar olmalısınız. Bu o, deməkdir ki, siz davamlı şəkildə maliyyə xəbərlərini və məruzələrini oxumalı, investisiya aləminin incəliklərindən xəbərdar olmalı, daima invesitiya sahəsi ilə bağlı yeni qanunları və normaları izləməlisiniz. Əgər siz daima yeniliklərdən agah olmasınız və baş verən hadisələrin kursunda olmasınız, siz müştərinizə yanlış məlumat vermək riski ilə üzləşirsiniz. Bu isə müştərini itirməyə gətirib çıxacaraq, müştəriniz olmasa siz prayvit bankir kimi çalışa bilməzsiniz.
Əla müştəri xidməti sərgiləmək:
HNWIs – yüksək xalis sərvətli insanlar prayivit bakirlərdən yüksək həssaslıq və şəxsi diqqətlilik umur, çünki onlara böyük portfellər və investisiyalar etibar ediblər. Müştərinizi xoşbəxt etmək (və yenilərini qazanmaq) üçün sizn onlarla çox yaxından işləməyə hazır olmalısınız.
- Əmin olun ki, siz müştəriniz üçün istənilən an və istənilən yolla əlçatansınız (telefon zəngi, sms, email, skype və s)
- Müştərilərinizin cədvəlinə uyğunlaşmaq üçün uzun saatlarla belə olsa işləməyə hazır olun;
- Prayvit bankirlərin müştərilərinin ailə həyatları, biznesləri və s haqqında bilgili olmağında fayda var. Bu bilgilər sizə müştərinin konkret durumuna uyğun xidmət və məhsullar təqdim etməkdə yardımçı olacaqdır.
- Müştəriləriniz ilə dünyada baş verən hadisələr, cari qərarlar, hobbilər, siyasət və s. haqqında da fikirləriniz paylaşmağa və s. hazır olun. Zəngin müştərilər bankirlərinin ağıllı olmasını görməyə ehtiyac duyurlar, yəni onlar əmin olmaq istəyir ki, siz dünyada baş verənləri izləyir, bilikləriniz artırır və həqiqətən də etibar etməyə layiqsiniz və bunun sayəsində onlara ən yaxşı xidmət göstərmək iqtidarındasınız.
- Yadda saxlayın ki, sizin müştəriləriniz sizin üçün bir nömrəli prioritetdir. Ona görə də bəzən onların işdən kənar xahişlərinə təəccüblə yanaşmayın. Onların xahişlərini yerinə yetirmək üçün fleksibl olun.
Portfelləri yaxşı idarə etməyi öyrənin
Prayvit bankirlər öz müştərilərinə mükəmməl portfel idarəçiliyi təqdim etməlidir. Bu portfel idarəçiliyi müştərinin akitvlərini ən yaxşı şəkildə qorumaq və böyütməyi əhatə etməlidir:
- Bütün investiya məhsullarına bələd olmaq: səhmlər, bondlar, qarşılıqlı fondlar, hedc fondlar.
- Yerli və beynəlxalq bazarda mövcud olan iqtisadi tendensiyalardan və investisiya strategiyalarından xəbərdar olmaq
- Prayvit bankirin bazar və trend təhlilinə əsaslanaraq,investisiya məhsullarının alqı-satqısı barədə qərarlar vermək.
- Çoxsaylı və müxtəlif investisiya mıhsulları arasında müştərinin aktivlərinin necə yerləşdirilməsinə qərar vermək və bu zaman müştərinin şəxsi hədəflərinin və ehtiyaclarının qarşılanmasına əmin olmaq,
- Müştərilərə hansısa investisiyaların risklərini və itkilərdən necə qorunmağı izah etmək.
Nəzarətinizdəki aktivlərin miqdarını və böyüməsini yüksəltmək
Prayvit bankirlərin əsas performans göstəriləclərindən biri də onların nəzarəti altında olan aktivlərin miqdarıdır (Assets Under Management (AUM)). Bu sizin idarə etdiyiniz müştəri vəsaitlərini investisiyalarını əhatə edir. Sizin və ya sizin bankın müştəridən tutduğu haqqlar da bir başa olaraq həmin məbləğdən asılı olur, bu həmçinin sizin aldığınız əməkhaqqını və bonusların həcmini müəyyən edir. Uğurlu prayvit bankir kimi formalaşmaq və tanınmaq üçün siz həmin göstəricini (AUM) yüksək saxlamalı və artımını təmin etməlsiniz, bunlara isə yüksək xidmət və məhsullar təqdim etməklə nail olmaq mümkündür.
Formalaşmış institutlarla işləyən prayvit bakirlərin illik gəlirlər 30 000 -100 000 dollar arasında dəyişə bilər, halbuki buna onların hansı ölkədə çalışmış olmaları da təsir edir. Əksər hallarda əməkhaqqının həcmi bankirin nəzarətindəki aktivlərin miqdarı ilə müəyyən olunur.
Uğur qazanmaq üçün prayvit bankirlər daima cari müştərinin ehtiyacları və yeni müştərilər cəlb etməyin yolları haqqında düşünməlidir.