Uğurlu marka yaratmaq üçün 4 strateji yol – Nümunə + FOTO | Banco.az

Uğurlu marka yaratmaq üçün 4 strateji yol – Nümunə + FOTO

Uğurlu marka bazara təqdim etmək sənət və elm tələb edir. Əlbəttə, bu ikisini harmoniyasını yaratmaq üçün uzun, çətin müddət də tələb olunur.

Facemark.az xəbər verir ki, sahibkar və menecerlər xətalı bir strateji yol ilə innovativ marka yaratmaqdan uzaqlaşaraq təqlidçiliyə yol verə bilərlər. Buna görə də, əvvəlcədən müəyyən edilən strategiya markaya uyğun və düzgün olmalıdır.

Minlərlə marka arasından öz brendini yaratmaq çətindir. Bugünün marka idarəçiləri iddia edirlər ki, əvvəllər olduğu kimi göstərişli sloqan və logo müştərilər ilə düzgün əlaqələri qura bilməyəcək. İnsanlar artıq markaların içində özlərinə aid nəsə tapmaq istəyirlər.

İstehlakçılar aldıqları məhsul ilə emosional əlaqə yaratmaq və onu özününküləşdirmək istəyirlər. Ona görə də, marka strategiyasını hazırlamaq hekayə yazmaq kimidir.

Marka strategiyasında məhsulun insanda yaratdığı duyğusal təsir ön plana çıxmalıdır. Uğurlu marka strategiyası hazırlamaq istəyirsinizsə, aşağıdakı 4 strategiya sizə kömək olacaq.

- Mərkəzləşdirmə Planına əsasən marka strategiyası

Məhsul çeşidi çox olan markanın etməsi lazım olduğu strategiyadır. Əsas markadan müstəqil olaraq, hər məhsulun öz marka strategiyası və müştəri kütləsi vardır. Hər məhsulu özünə aid idarə heyəti, təchizat zənciri və bazar payı mövcuddur. “Procter&Gample”, “Coca Cola”, “Nestle”, “Unilever” kimi markalar bu strategiyadan istifadə edir.

- Vizuallığa fokuslanan marka strategiyası

Yaradıcılığa fokuslanan bu üsuldan əsasən reklam agentlikləri yaradıcı kampaniyalar zamanı istifadə edirlər. Burada son dövrlərin trendləri və məşhur mədəniyyət nəzərə alınır. “Abercrombie & Finch”, “Calvin Klein”, BMW kimi markaların son dövrlərdəki kampaniyaları bu strategiyaya misal göstərilə bilər.

Ən sərfəli kredit üçün müraciət et

Müştəri təcrübəsinə fokuslanan markalaşma strategiyası

Keçmişdə markanın brendlərini təcrübədən keçirmiş müştərilər strategiyanın əsasını təşkil edirlər.Marka təcrübəsinin müsbət olması brendin imicini 180 dərəcə dəyişdirmək bacarığına malikdir. Keçmiş müştəri təcrübəsindən istifadə edərək, xidmət səviyyəsi və məhsulun keyfiyyəti hədəf kütləyə göstərmək olar.

Bu strategiya qulaqdan qulağa marketinqi təşviqedici viral lampaniyalar ilə müdafiə olunduğu üçün daha çox təsirli olur. “Starbucks”, “Disney”, “IKEA”, “Xbox” kimi markalar bu strategiyadan daha yaxşı istifadə ediblər.

Təqdimata fokuslanmış marka strategiyası

Bu strategiyanı uğurlu edən açar nöqtə reklam işlərində məhsul əvəzinə məhsulun istehlakçı üçün nə ifadə edir? sualına cavab tapılması olur. İstehlakçılar yazının əvvəlində də vurğuladığımız kimi brendlər ilə emosional əlaqə qurmağa niyyətlidir. İstehlakçılar ilə düzgün emosional əlaqəni qura bilən markalar həm təcrübə, həm də müştəri sədaqətini artırmaqdadırlar.

“Apple”, “Swatch”, “Uggs” kimi markalar bu strategiyadan istifadə edərək, özlərini bazarda güclü tanıda biliblər.

Bugün internet dövründə doğru marketinq strategiyasını hazırlamaq üçün ehtiyacımız olan bütün detalları tapmaq mümkündür. Big Data konsepsiyası hər gün həyatımıza daha çox daxil olmaqdadır. Marketoloqlar qərar mərhələsində dataları düzgün şərh etməyin önəmini başa düşürlər. Bu gün texnologiyanın bizə təklif etdiyi bütün imkanlardan istifadə edərək, lazım olan informasiyaları toplayıb, analiz edib, marketinq strategiyalarınızı müəyyən edə bilərsiniz.