ÜDM-nin nominal və real dəyəri arasındakı fərq odur ki, real dəyər inflyasiyanın təsiri ilə formalaşır. Buna görə də, ÜDM-nin nominal dəyəri real dəyərdən çox vaxt yüksək olur.
ÜDM-nin nominal dəyəri müxtəlif dövrlərdə ümumi məhsul və xidmət çəkisinin dəyişməsindən və ya məhsul və xidmətlərin ümumi qiymət dəyişməsindən asılı olaraq fərqlənir. Real dəyər isə qiymətin ümumi səviyyəsinin dəyişməsi, yəni inflyasiyanın təsiri nəzərə alınmaqla müəyyən olunur.
ÜDM deflyatoru ümumi qiymətdə olan dəyişikliyi əks etdirən qiymət indeksidir, nominal ÜDM-nin real ÜDM-ə olan nisbəti ilə müəyyənləşir. Əgər biz qiymət dəyişməsinin iqtisadiyyata təsirini müəyyən etmək istəyiriksə bu zaman ÜDM deflyatorundan istifadə etməliyik.
Cari ilin baza ilinə görə real ÜDM dəyəri cari ilin ÜDM deflyatoru ilə baza ilinin deflyatoru nisbətinin cari ilin nominal ÜDM dəyəri hasilinə bərabərdir.
Real ÜDM (cari il baza ilinə görə)=(ÜDM deflyatoru (baza ili))/(ÜDM deflyatoru (cari il) )× nominal ÜDM (cari il)
Məsələn, fərz edək ki, 2016-cı il üçün real ÜDM-i hesablamalıyıq və baza ili kimi 2000-ci il qəbul olunmuşdur. 2000-ci il üçün qiymət deflyatoru 100, 2016-cı il üçün isə bu göstərici 115-dir. 2016-cı il üçün ÜDM-nin ümumi dəyəri 10 trln dollardır. Bu zaman 2016-cı ilin 2000-ci ilə görə real ÜDM dəyəri belə olacaqdır:
Real ÜDM (2016,2000-ci ilə görə)=100/115×10trln=8.69trln