“Uber”in baş direktoru Dara Xosrovşahi ixtisasından asılı olmayaraq bütün tələbələrə nəyi öyrənməli olduqlarını açıqladı. O, yuxarı sinif şagirdlərinə ali məktəblərə qəbul olmazdan əvvəl bəzi məsələləri götür-qoy etməyi məsləhət görüb. Belə ki, özü də bu tövsiyəyə əməl edərək biznesdə uğura imza ata bilib.
Həmçinin oxu: Müasir dövrün uşaqları hansı vərdişləri inkişaf etdirməlidir?
“Kompüter informasiya sistemləri və mühəndisliyi öyrənin”
Bu sözləri Xosrovşahi Nyu-Yorkda İqtisadi klubdakı görüşdə CEO məzunlarına deyib. Sahibkar Braun Universitetində mühəndisliklə məşğul olub və bu sahədə mütəxəssis olmağı planlaşdırıb-planlaşdırmamağından asılı olmayaraq bütün tələbələrə məsləhət görür.
“Mühəndislikdən maliyyə sferasına keçid etməyimə baxmayaraq, bu sahə mənə problemləri həll etməyi və onlardan sonra özünü toplamağı öyrədib, — Xosrovşahi deyir. — Düşünürəm ki, bu fənn gələcəkdə hansı peşə ilə məşğul olmağınızdan asılı olmayaraq sizə faydalı olacaq”. “Uber”in baş direktorunun sözlərinə görə, universitetdə yiyələndiyi bilikləri indiyəcən işlədiyi hər yerdə tətbiq edib.
O həmçinin qeyd edib ki, işgüzar və hətta həyati problemlərini tərkib hissələrinə bölür, daha sonra qüsuru aradan qaldırıb prosesi işə salmaq üçün yenidən yığır. Biznesmen bunu “mühəndis düşüncəsi” adlandırır.
“PayScale”in verdiyi məlumata görə, 2019-cu ildə ABŞ-da ən yüksək maaş alanlar mühəndislik və kompüter elmləri üzrə kollec məzunlarıdır. “CNBC“ əlavə edir ki, Cek Dorsi, Mark Zükerberq və Elon Mask kimi bir çox milyarder də fəaliyyətə proqramçı kimi başlayıb.
İş axtarış saytı olan “Comparably” 2019-cu ilin ən yaxşı CEO-larının adlarını açıqlayıb. Böyük əksəriyyəti Silikon Vadisindəki və ya ABŞ-ın qərb sahilindəki texnologiya şirkətlərini idarə edir.
Həmçinin oxu: Dünyanın ən yaxşı CEO-su kimdir?
Nigar Umaxanlı, Finco.az