Müəllif: Tamara Mustafayeva, Banco.az
Türkiyənin xam neft və təbii qaz hasilatı indeksi iyun ayında 147,8 ilə rekord səviyyəyə çatıb.
Banco.az xəbər verir ki, Türkiyə Statistika Təşkilatının (TÜİK) məlumatlarına görə, xam neft və təbii qaz hasilatını təqvim təsirlərinə uyğun olaraq göstərən və ötən ilin iyun ayında 115,7 olaraq hesablanan indeks iyun ayında 147,8 hesablanıb.
Xam neft və təbii qaz hasilatını sürətləndirən Türkiyədə 2005-ci ilin yanvar ayında 69,6 olaraq hesablanan indeks 2021-ci ilə qədər orta hesabla 75 səviyyələrində idi.
2020-ci ildə Qara dənizdəki Sakarya qaz yatağında təbii qazın tapılmasından sonra indeks eyni ilin dekabrında 99,4 punkta yüksəlib və 2021-ci ilin may ayında ilk dəfə 100 həddini keçib. Sözügedən indeks Şırnakın Qabar dağı bölgəsində xam neftin aşkar edildiyi 2022-ci ilin dekabrında 112,9, 2023-cü ilin son ayında isə 97,5 olaraq hesablanıb.
Bu ilin mart ayında 146,1 punkta çataraq illik müqayisədə 32,2 faiz ilə ən yüksək artımın qeydə alındığı indeksdə iyunda 147,8 punkt ilə rekord səviyyə qeydə alınıb.
Bizi sosial şəbəkələrdən izləyin!!