Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan ölkə vətəndaşlarını kredit kartlarından istifadəni azaltmağa çağırıb. Trend-in məlumatına görə, bu barədə Türkiyədə dərc olunan "Lira" qəzeti xəbər verib.
Baş nazirin sözlərinə görə, kredit kartlarından istifadə xalqın maraqlarına ziyan vurur, bundan isə yalnız banklar qazanır.
O, həmçinin bildirib ki, elə banklar var ki, onların kredit kartlardan istifadə üzrə illik mənfəətləri digər bir neçə bankın ümumi illik mənfəətinə bərabərdir.
Türkiyənin Bank Nəzarəti orqanının (BDDK) məlumatına görə, kredit kartları üzrə illik ödənişlərin həcmi 34,6 milyard türk lirəsi təşkil edir.
trend.az