Türkiyənin bank sektorunun mənfəəti sürətli artım göstərib | Banco.az

Türkiyənin bank sektorunun mənfəəti sürətli artım göstərib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Türkiyədə bank sektorunun xalis mənfəəti birinci rübdə illik 44,7 faiz artıb.

Banco.az xəbər verir ki, 2023-cü ilin yanvar-mart aylarında 106,1 milyard lirə olan bank sektorunun xalis mənfəəti bu ilin ilk üç ayında 153,5 milyard lirəyə yüksəlib.

Odur ki, mart ayından etibarilə illik mənfəət artımı 94,4 faizə çatıb.

Bank Tənzimləmə və Nəzarət Qurumunun (BDDK) açıqladığı məlumatlara görə, problemli debitor borclarının ümumi nağd kreditlərdə payı mart ayında 1,49 faiz azalıb. Bu nisbət ötən ilin eyni ayında 1,82 faiz idi.

2023-cü ilin mart ayında 15,8 trilyon lirə olan cəmi aktivlər bu ilin eyni dövründə 25,9 trilyon lirəyə çatıb. 2024-cü ilin mart ayında cəmi kreditlər isə 12,9 trilyon lirə olaraq qeyd edilib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram