İstanbul Sənaye Palatası (İSO) İranda 500 hektarlıq ərazidə 10 mlrd. ABŞ dolları dəyərində sənaye zonası qurmağa hazırlaşdığını bildirib. Bu, İranda ilk xarici təşkilatlanmış sənaye zonası olacaq.
İranın sənaye, mədən və ticarət nazirinin müavini Əli Yezdaniyə görə, İSO ilə olan razılaşmaya əsasən, sənayə zonası 140 hissədən ibarət olacaq. Ə.Yezdani həmçinin qeyd edib ki, ölkədəki mövcud müxtəlif sənaye zonalarında xarici investorlar fəaliyyət göstərir, ancaq ilk dəfə belə bir sənaye zonası xaricilər tərəfindən qurulur. Üstəlik, bu sənaye zonasının inşaat işlərini də Türkiyə tərəfi həyata keçirəcək.
Qurulması planlanlaşdırılan sənaye zonası üçün İran tərəfi İSO-ya 15 müxtəlif yer təklif edib. Hazırda Türkiyə tərəfi ilə müzakirələrin davam etdiyi bildirilir.
Mənbə: Report.az