Müəllif: Gülnar Əhmədli, Banco.az
Türkiyədən fiziki şəxslər tərəfindən 2023-cü ildə Azərbaycana 164 milyon 316 min dollar pul baratları göndərilib.
Banco.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Bu, 2022-ci illə müqayisədə 34,5% (42 milyon 175 min dollar) çoxdur. Belə ki, 2022-ci ildə göndərilən pul baratlarının həcmi 122 milyon 141 min dollar təşkil edib.
Qeyd edək ki, ötən il Türkiyədən Azərbaycana fiziki şəxslər tərəfindən göndərilən pul baratlarının ümumi daxilolmalarda xüsusi çəkisi 9,9% olub.
Bizi sosial şəbəkələrdən izləyin!!