Globallaşan dünyamızda siyasi stabilliyə son dərəcə həssaslaşmış ölkə iqtisadiyyatlarına bir çox faktor təsir etdiyi kimi həmin ölkələrdə tətbiq edilən idarəetmə sisteminin də bu çərçivədə önəmi gözardı edilə bilməyəcək qədər çoxdur. Belə ki, siyasi sakitliyin, şəffaf və tərəfsiz media və hər kəsin bərabər haqq və hüquqlara sahib olduğu ölkələrin rifah səviyyəsi ilə bunların əksikliyini yaşayan iqtisadiyyatların firavanlığı arasında nəzərə çarpan fərqlər mövcuddur. Banco.az olaraq biz bu araşdırmamızda Türkiyədə iki il əvvəl gerçəkləşən sistem dəyişikliyinin ölkə iqtisadiyyatına necə təsir etdiyini, 2017-ci ilin 3-cü rübü ilə 2019-cu ilin ilk rübü arasındakı zaman kəsiyində qeydə alınmış müəyyən göstəricilərə baxaraq deskriptiv və səthi bir tədqiqat aparmağa çalışacağıq. Son olaraq bütün digər dəyişkənləri sabit fərz edərək sadəcə göstəricilərlə seçkilərin tarixlərinə cəmlənəcəyimizi, yəni bir əvvəlki cümlədə də dediymiz kimi səthi bir araşdırma aparacağımızı vurğulamağımızın faydası olduğunu düşünürük.
Sistem Dəyişikliyi Nələri Əhatə Edir?
Bilindiyi kimi qonşu ölkə Türkiyə 2017-ci ilin 16 Aprelində keçirdikləri referendumda 51.41 % “Lehinə” səs verərək18 maddəlik konstitusiya dəyişikliyi ilə “Prezident İdarəetmə Sistemi”ni mənimsəmiş oldu. Sistemin qüvvəyə tam olaraq rəsmi şəkildə minməsi isə 24 İyul 2018-ci il prezident seçkilərindən sonra gerçəkləşdi. 18 əsas dəyişiklikdən ən önə çıxanları və həmçinin mövzumuzla əlaqədar olanları çatdırmağa çalışacağıq. Belə ki:
- 550 olan deputat sayısı sayı 600-ə çıxdı
- 4 ildən bir keçirilən parlament seçkiləri 5 ildən bir keçiriləcək və beləcə deputatların xidmət müddəti prezdentinkinə bərabər olmuş olacaq və hər iki seçim eyni gün keçiriləcək
- Prezident hökumətin idarəçisi vəzifəsinə gəlir, baş nazirlik statusu qalxır bütün səlahiyyətlər prezidentə keçir.
- Prezidentin tək qanun çıxarma haqqı büdcə üzərində olacaq. Prezident maliyyə ilindən 75 gün əvvəl parlamentə büdcəni təqdim etmək məcburiyyətindədir.
Addım-Addım Dəyişikliyin Təsirləri
Ümumi Daxili Məhsul
2001 böhranının ardından kəskin dərəcədə sayılacaq bir yüksəlişi əldə etməyi bacaran və hətta 2004-2005 illərində9%-in, 2011-ci ildə isə 11%-in üzərində iqtisadi artım sərgiləmiş olanTürkiyə 2012-dən sonra bir sıra faktorlarvə 2008-ci ildə gerçəkləşmiş maliyyə böhranının da təsiri ilə bu sürətini itirməyə, daha yavaş inkişaf edən iqtisadiyyat halına gəlməyə başlayır.Aşağıda şəkil.1-dəki xətti qrafikə ümumi nəzər saldıqda ciddi şəkildə aşağı yönlü trendin olduğu gözdən qaçmır. Kobudca ifadə etsək inkişaf sürətindəki əsas qırılma 2017-ci ilin ikinci rübündən sonra başlayıb ki o da seçkilərdən sonraya təsadüf edir. İkinci diqqət edilməli rüb isə prezident seçkiləri ilə konstitusiya dəyişikliklərinin rəsmi olaraq qüvvəyə mindiyi müddətdir, ki bu da 2018-ci ilin 2-ci rübünə təsadüf edir. Bu nöqtədən sonra ölkə iqtisadiyyatının açıq şəkildə kiçilərək artdığı və təəssüf ki uzun illər sonra 2018-in son rübündə ilk dəfə kiçildiyi diqqət çəkir. Sözügedən rübdəki düşüşdə ölkə valyutasının kəskin dəyərsizləşməsinin də önəmli rolu olduğunu qeyd etmək lazımdır. Əlbəttə ki iqtisadiyyat bu daralmaları sırf bir faktora bağlaya biləcəyimiz sadə bir sistem deyil. Hərçənd başda da qeyd etdiyimiz kimi, ölkələrin idarəetmə sistemləri çox faktora birbaşa təsir edir və beləcə digər faktorlara da bilavasitə təsir edə bilir.
İşsizlik
2003-ci ildən maliyyə böhranına qədər 9%-lərdə seyr etmiş olan işsizlik dərəcəsi 2009-cu ilin avqust ayında 16.2% kimi yüksək bir dərəcəni gördükdən sonra 2011-ci il dən sonrakə 8ildə 9-11% aralığında davam etdi.
Türkiyədəki işsizlik dərəcəsini sərgiləyən şəkil 2-ə nəzər saldıqda bu göstəricilərin 2018-in ikinci rübünə qədər seçkilərdən təsirlənmədiyi hətta düşməyə davam etdiyini müşahidə edirik. Lakin bu məlumatlarda da tutarlı qırılmanın prezident seçkilərindən sonraya təsadüf etdiyi açıq şəkildə görünür. Baxmayaraq ki rüblər arasındakı fərqlər cüzi görünür, işsizlik göstəricilərində Türkiyə üçün 1%-in əhali sayısında 320000-ə qarşılıq gəldiyini düşündükdə heç də göründüyü qədər az bir artış olmadığı aydın olur. İşsizliyin Avqust-Sentyabrdan sonra artmağa başlamağını sözügedən ölkədə həmin müddət ərzində ani bir şəkildə gerçəkləşənvalyuta şoku deyə biləcəyimiz hadisə ilə də açıqlamaq mümkündür. İdxala dayalı istehsalın əsas təşkil etdiyi ölkədə, ölkə pulunun dəyərsizləşməsi xaricdən alınan xam mallarında qiymət artışlarına, bu da şirkətlərin ümumi maliyyətlərinin artmasına və beləcə şirkət sahiblərini işçi çıxarmaqla bir baxıma qarşı-qarşıya qoyub. Həmçinin, Türkiyə kimi qeyri-stabilliyin hökm sürdüyü ölkələrdə valyuta məzənnəsinin çox həssas olduğunu qeyd etmək istəyirik. Əlavə olaraq, qeyri-adi situasiyalar istisna olmaq şərti ilə ÜDM ilə işsizlik arasındakı əsasən tərs əlaqə müşahidə olunduğu bilinən bir faktdır. Bizim iki şəkilimizə baxdıqdada paralel situasiyanı çılpaq gözlə müşahidə etmək mümkündür. Həmçinin iki dəyişkənin verilmiş dataları arasında güclü sayılacaq -0.75 dərəcəsində bir korrelyasiya olduğunu vurğulamaq istəyirik.
İnflyasiya
Bir çox mürəkkəb şəkildə də ifadə edilən inflyasiya, sadə şəkildə ümumi qiymətlərdəki daimi və ciddi artışı ifadə edir. Çox hallarda böhranın xəbərçisi kimi düşünülən inflyasiyanın iqtisadiyyatçılar sıfıra yaxın rəqəmlərdə seyr etməsi də o iqtisadiyyatda durğunluğun xəbərçisi ola bilər. Qısacası nə çox çox yüksək nə də çox düşük inflyasiya arzuolunandır.
Şəkil 3-ə nəzər saldıqda, inflyasiya həddinin yenə ikinci kritik tariximiz olan prezident seçkilərinə qədər bir ortalama ətrafında hərəkət etdiyini, lakin bu tarixdən sonra da açıq şəkildə yuxarı yönlü trend müşahidə edirik. 2018-ci ildə isə ilk dəfə Türkiyədə inflyasiya göstəricisi 20%-in üzərində müşahidə edir. Yenə inflyasiya üçün də digər göstəricilərimizin üzərində ciddi təsirinin olduğunu düşündüyümüz valyuta şokunun önəminə diqqət çəkmək istəyirik. Nisbi olaraq bahalaşan xaricdən təmin edilən xam malın qiyməti, istehsal maliyyətlərinin artmasına, bu isə gecikməli olaraq istehlakçı qiymət indeksinə, yəni inflyasiyaya təsir edəcək. Son olaraq da inflyasiyanın yüksək olduğu iqtisadiyyatlarda ÜDM-nin düşdüyü müşahidə olunur, belə ki satınalma gücü düşən istehlakçı istehlak tələbini qısacaq nəticədə ümumi tələb və bilavasitə ÜDM azalmış olacaq. Əlimizdəki dataları istifadə edib ÜDM ilə inflyasiya arasındakı korrelyasiya dəyərini -0.91 olaraq hesabladıq, hansı ki çox güclü tərs əlaqənin olduğunu təsvir edir.
Nəticə
Tədqiqatımızın məqsədi olan bir neçə əsas göstəricinin Türkiyədəki yeni sistemə necə reaksiya verdiyini sadə misallar və qrafiklər üzərindən açıqlamağa çalışdıq. Belə ki, göstəricilərimizdən işsizlik və inflyasiya ikinci seçkidən sonra ciddi pozulma sərgiləyərkən, ÜDM isə elə keçirilən referendum seçkisindən sonra öz yanaşmasını ortaya qoymağa başlayıb. Əldəki bütün məlumatları bir bütün halında düşündükdə sözügedən yeni sistemin Türkiyə üçün iqtisadiyyat baxımından çox da məqsədə uyğun olduğunu deyə bilmirik.
Bundan sonra atıla biləcək addımların başında isə bürokratiyanı şəffaflaşmdırmaq, qeyri-stabil siyasi vəziyyəti aradan qaldırmaq və xarici və yerli investisiyaların önünü açmaq adına ciddi reformlar və iqtisadi paketlər gündəmə gətirilə bilər. Son olaraq investisiyaların daha əlavə dəyəri yüksək, istehsal qabiliyyəti güclü, günümüzün və gələcəyin tələblərinə cavab verəcək sektorlara cəlb edilməsinin də yüksək texnologiya istehsalının ÜDM yə nisbəti 2%-lərdə olan bir ölkə üçün çox şeyi dəyişəcəyini düşünürük.
Son Qeydlər: ÜDM dataları rüb şəklində hazır götürülüb istifadə edilib. İşsizlik və inflyasiya dataları isə bəhsi keçən illərdəki ayların rüblük ortalaması alınaraq hesablanmışdır.
İbrahim Bədəlov, banco.az