Türkiyədə elektik enerjisi ilə işləyən avtomobil istehsal olunacaq | Banco.az

Türkiyədə elektik enerjisi ilə işləyən avtomobil istehsal olunacaq

Türkiyədə elektrik enerjisi ilə işləyəcək avtomobil istehsal olunacaq. ANS PRESS-in Türkiyə mətbuatına istinadən məlumatına görə, istehsal olunacaq avtomobillərin 2017-ci ildə bazara çıxarilması planlaşdırılır. 

Məlumata görə, Eskişehirdə fəaliyyət göstərən bir firma, 15 universitetin 30-dan çox mütəxəssisinin iştirakıyla bu layihəni həyata keçirmək istəyir. Layihənin məsul şəxsi Melih Yıldız verdiyi açıqlamada bildirib ki, avtomobilin batareyaları 160 kilometr yol qət etməyə imkan verəcək. 

Melih Yıldızın sözlərinə görə, Türkiyədə tam yerli avtomobilin istehsalı üçün xammal çatışmazlığı var: "Ölkədə batareya xammalı olan litium istehsal olunmur. Bunu xaricdən alırıq. Batareyanın istehsal etmək üçün səy göstərəcəyik. Bununla belə avtomobilin bütün elektrik təchizatı tamamilə yerli dizaynda olacaq".

Ən sərfəli kredit üçün müraciət et