Türkiyə Mərkəzi Bankı faiz qərarını açıqlayıb | Banco.az

Türkiyə Mərkəzi Bankı faiz qərarını açıqlayıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Türkiyə Respublikası Mərkəzi Bankı (TCMB) avqust iclasında uçot dərəcəsini sabit saxlayıb.

Banco.az xəbər verir ki, Türkiyə Respublikası Mərkəzi Bankı (TCMB) uçot dərəcəsini 50 faiz səviyyəsində sabit saxlamaq qərarına gəlib.

Beləliklə, faiz dərəcəsi ardıcıl beşinci görüş üçün sabit saxlanılıb.

İqtisadçıların proqnozu da TCMB-nin faiz dərəcəsini bu səviyyədə sabit saxlayacağına işarə edirdi.

TCMB qərar mətnində iyul ayında aylıq inflyasiyanın əsas tendensiyasının əvvəlki ayla müqayisədə bir qədər artaraq ikinci rübün orta göstəricisindən aşağı qaldığını, üçüncü rübün göstəricilərinin daxili tələbin səngiməkdə davam etdiyini və inflyasiya təsirinin azaldığını qeyd edib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram