Türkiyə iqtisadiyyatı 2024-cü ildə “turizm”lə böyüyəcək | Banco.az

Türkiyə iqtisadiyyatı 2024-cü ildə “turizm”lə böyüyəcək

Müəllif: Tamara Mustafayeva, Banco.az

Turizmin 2024-cü ildə Türkiyə iqtisadiyyatında hərəkətverici qüvvə olacağı gözlənilir.

Banco.az xəbər verir ki, Mastercard İqtisadiyyat İnstitutu (MEI) hesabatında qlobal iqtisadiyyatla bağlı 2024-cü il proqnozlarını dərc edib.

Hesabata görə, 2024-cü ildə əksər iqtisadiyyatlarda inflyasiya təzyiqləri azalacaq və istehlakçılar əmək bazarındakı güc sayəsində pul xərcləməyə davam edəcəklər. Digər tərəfdən, bu il qiymət inflyasiyası əmək haqqı inflyasiyasından daha çox azalacaq, alıcılıq qabiliyyəti yüksələcək.

“Mastercard” qlobal inflyasiyanın 2023-cü ildəki 6 faizdən 2024-cü ildə 4,9 faizə geriləyəcəyini gözləyir.

Hesabatda qeyd edilir ki, turizm regional olaraq bəzi iqtisadiyyatlar üçün hərəkətverici qüvvə olaraq qalmağa davam edəcək.

2023-cü ilin məlumatlarına görə, Türkiyə, Misir, Tunis və Birləşmiş Ərəb Əmirlikləri 2022-ci illə müqayisədə avropalılar üçün ən sürətlə böyüyən 10 destinasiyalar içərisində olub. Hesabata görə, ən çox səyahət edən qrup olan orta təbəqədən avropalılar üçün bu tendensiya 2024-cü ildə daha da sürətlənəcək.

Ən sərfəli kredit üçün müraciət et

Türkiyə və Misir yay tətilini Cənubi Avropada keçirməyə üstünlük verməyən avropalılar üçün daha sərfəli istiqamətlər olmağa davam edəcək.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram