"Turanbank" nizamnamə kapitalını artırıb | Banco.az

"Turanbank" nizamnamə kapitalını artırıb

"Turanbank" ASC nizamnamə kapitalını 10% artırıb. Bu barədə "Report"a Bankdan bildirilib.

Məlumata görə, "Turanbank"ın dövriyyəyə buraxdığı, hər birinin nominal dəyəri 1 082 manat olan 4 622 yeni səhmi "Bakı Fond Birjası" QSC-də yerləşdirilib.

Ən sərfəli kredit üçün müraciət et

Bununla da, kredit təşkilatının nizamnamə kapitalı 50 002 466 manatdan 55 003 470 manata çatdırılıb. 

Mənbə: Report.az