Tsipras yunanlara “cəsarətli seçimə” görə təşəkkür edib | Banco.az

Tsipras yunanlara “cəsarətli seçimə” görə təşəkkür edib

Yunanıstanın baş naziri Aleksis Tsipras bazar günü keçirilən referendumun nəticələrini alqışlayıb, seçim zamanı yunanların əksəriyyəti kreditorların tələblərini qəbul etməyin əleyhinə olduğunu bildirib.  Bülletenlərin 90%-dən çoxu artıq hesablanıb və yunanların 60%-i kreditorlara “yox” deyir.

«Bugünkü çətin şəraiti nəzərə alsaq, siz çox cəsarətli seçim etmisiniz”, - Reuters agentliyi  Tsiprasdan sitat gətirir, o bu sözləri televiziyaya müraciəti zamanıı xalqa bildirib.

«Mənə verdiyiniz mandat heç də Avropa ilə əlaqələrin kəsilməsinə deyil, sadəcə problemin daha effektiv çıxış yolunu tapmaqdan ötrü danışıqlarda bizim mövqeyimizi gücləndirməyə yönəlib”, – o bildirib

Ən sərfəli kredit üçün müraciət et

Tsipras həmçinin bildirib ki, Yunan hökuməti artıq bazar ertəsindən etibarən yenidən danışıqlar masasına qayıtmağa hazırdır . Bu zaman başlıca prioritet bank sisteminin bərpası olacaq. Bundan əlavə, həmçinin Yunanıstanın borcunun yenidən strukturlaşdırılması da əsas müzakirə predmeti olmalıdır.



Qeyd edək ki, Fransanın prezidenti Fransua Olland və Almaniya kansleri Anqela Merkel Yunanıstanda keçirilən referendum nəticələrinin dəyərləndirilməsi üçün Avrozonaya üzv ölkələrin rəhbərlərini iyul ayının 7-də müşavirəyə çağırıblar. Yelisey sarayı mətbuat mərkəzi ötən axşam Fransua Ollandla Anqela Merkel arasında telefon danışığı baş tutduğunu bəyan edib. Bəyanatda hər iki ölkə rəhbərinin, yunan xalqının seçiminə hörmət göstərilməsi mövzusunda həmfikir olduqları bildirilib.