Trampın yenidən seçilməsi kriptovalyuta bazarını “ canlandırdı” – Qarşıda hansı addımlar atılacaq? | Banco.az

Trampın yenidən seçilməsi kriptovalyuta bazarını “ canlandırdı” – Qarşıda hansı addımlar atılacaq?

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

Donald Trampın yenidən prezident seçilməsi kriptovalyuta bazarını canlandırıb.

Banco.az-ın məlumatını görə, bir neçə gündür ki, bitcoinin dəyərli rekord səviyyəyə qalxıb. Qızıl isə əksinə nisbətən ucuzlaşıb. Bloomberg-in maliyyə analitiki Derek Pelkey-in sözlərinə görə, pro-kripto namizədlərin Konqresdə qalib gəlməsi nəticəsində, Bitcoin-in qiyməti 82,000 dolları keçib. Kriptovalyuta tərəfdarları bu yüksəlişi yalnız bazar dəyərinin artımı deyil, həm də maliyyə sektorunun gələcəyini yenidən formalaşdırma istiqamətində vacib bir addım kimi görürlər. Bloomberg yazarı Pelkey bildirir ki, bu yüksəliş, illərlə Bitcoin və digər rəqəmsal aktivlərə sadiq qalan investorlar üçün bir dönüş nöqtəsidir. Bitcoin ilə müqayisədə sönük bir performans göstərən qızıl, Trampın prezidentliyinə də ehtiyatlı yanaşır. Pelkey bu fərqi belə izah edir.Bitcoin bəzən “İkinci qızıl” olaraq xarakterizə edilsə də, hər ikisinin dəyəri heç bir qarşı tərəfə bağlı olmasa da, aralarındakı fərqli qiymət hərəkətləri bazarın marağını çəkir". Bununla yanaşı Donald Trampın yenidən prezident seçilməsi ilə kripto sahəsində qanunvericilikdə irəliləyişlər gözlənilir. Maliyyə mütəxəssisi Noelle Acheson hesab edir ki, stabilcoinlərin tənzimlənməsi bu sahədə qəbul ediləcək ilk qanun layihələrindən biri ola bilər.O bildirib ki, Tramp administrasiyası kripto qanunvericiliyində islahatlara gedərək ABŞ-ın qlobal kripto mərkəzinə çevirmək üçün mühüm bir addım atacaq. Bu, ABŞ- nin dünyada kripto innovasiyaları üçün önəmli bir baza qurmasına imkan verəcək.

Ən sərfəli kredit üçün müraciət et