Mədəniyyətlər müxtəlif olsa da hər kəs bir-birinin adət-ənənələrinə hörmət etməyə borcludur. Məhz bu prinsipinə görə Avropa ölkələri xüsusilə seçilir. Beləki, bu yaxınlarda baş vermiş hadisə bunu təsdiq edir. İsveçdə tərcüməçi vakansiyasına müraciət edən Fərəh Əlhaccey dini baxışına hörmət etməyən şirkət rəhbərini məhkəməyə şikayət edərək 40000 isveç kronu təzminat almaqla məhkəməni qazanmışdır. Bu haqda məlumatı Daily Mail xəbər agentliyi verir.
Hadisə 2016-cı ilin may ayında baş verib. Şirkətə müsahibəyə çağırılan xanım Fərəh icraçı direktorla əl verib görüşməkdən imtina etmiş və qarşılığında “Burda hamı bir-biriylə əl ilə görüşür” ifadəsini eşitmiş və müsahibə başlamadan bitmişdir. Fərəh bu münasibətdən sarsıldığını və özünü çox pis hiss etdiyini bildirib. Bundan sonra məhkəməyə müraciət edən xanım olanları İsveçin ambudsmanına danışıb və məhkəmə də ona haqq qazandırıb. Beləliklə, şirkət xanıma 40000 isveç kronu təzminat ödəyib.
Nəcibə Yusifova, Banco.az