Müəllif - Aida İsaq, Banco.az
Texnologiya nəhəngi "Amazon"un üzərində işlədiyi süni intellekt modeli diqqət çəkib.
Banco.az xəbər verir ki, şirkətin təqdim etməyə çalışdığı “ağıllı sistem” işəgötürənlərin əməyini əvəz edə biləcək. Belə ki, alqoritm daxil olan məlumatlar əsasında anbarların və bəzi korporativ bölmələrin ən uyğun işçilərini seçmək imkanlarına sahib olacaq. Neyron şəbəkənin artıq müsahibədən əvvəl işə qəbulun bütün mərhələlərini öz üzərinə götürə biləcəyi gözlənilir.
Korporasiyanın 2021-ci ilin oktyabr ayından etibarən müvafiq süni intellektin prototiplərini inkişaf etdirdiyi bildirilir.
Qeyd olunur ki, şirkətdə artıq mövcud alqoritmlə işə götürülmüş əməkdaşlar yer alır. Onların siyahısına tibbi nümayəndələr, tərtibatçı-mühəndislər, eyni zamanda rəhbər vəzifələrdə çalışan menecerlər daxildir.
Bizi sosial şəbəkələrdən izləyin!!