Müəllif: Tamara Mustafayeva, Banco.az
“Tesla”nın Çin istehsalı avtomobillərinin satışı kəskin azalıb.
Banco.az xəbər verir ki, Çin Sərnişin Avtomobilləri Assosiasiyasının (CPCA) çərşənbə axşamı dərc etdiyi məlumatlara görə, ABŞ-ın elektromobil istehsalçısı “Tesla” aprel ayında Çində istehsal edilmiş 62 min 167 elektrik avtomobili satıb.
Bu da ötən illə müqayisədə 18 faiz azalma deməkdir.
Məlumatlar göstərir ki, Çin istehsalı olan Model 3 və Model Y avtomobillərinin tədarükü ötən ay mart ayı ilə müqayisədə 30,2 faiz azalıb.
“Tesla”nın ən böyük çinli rəqibi “BYD” isə sözügedən dövrdə illik 48,97 faiz artımla 312 min 48 minik avtomobili satıb.
Xatırladaq ki, “Tesla”nın Çin istehsalı olan avtomobilləri müxtəlif bazarlara, o cümlədən Avropaya ixrac edilir.
Bizi sosial şəbəkələrdən izləyin!!