"Tesla" şirkətinin səhmləri ucuzlaşıb | Banco.az

"Tesla" şirkətinin səhmləri ucuzlaşıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Tesla”nın səhmləri “Wells Fargo”nun şirkətin reytinqini aşağı salması ilə 2 faiz ucuzlaşıb.

Banco.az xəbər verir ki, ABŞ-ın transmilli maliyyə xidmətləri şirkəti “Wells Fargo” elektromobil nəhəngi “Tesla”nın qiymət endirimlərinin elektrik avtomobillərinə olan tələbata mənfi təsir göstərməsini dilə gətirərək şirkətin reytinqini “Bərabər Çəki”dən “Aşağı Çəki”yə endirib.

Bununla yanaşı, “Wells Fargo” yayımladığı qeyddə avtomobil istehsalçısının bir səhminin qiymət hədəfini 200 dollardan 125 dollara qədər azaldıb.

Xatırladaq ki, “Tesla” marjalara zərər verən və bazar dəyərində təxminən 200 milyard dollar itki ilə nəticələrən ötən ilki qiymət müharibəsindən sonra elektrik avtomobil tələbindəki qlobal yavaşlama ilə mübarizəni davam etdirir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram