“Tesla” bu ölkədə 400 nəfəri işdən çıxaracağını açıqlayıb | Banco.az

“Tesla” bu ölkədə 400 nəfəri işdən çıxaracağını açıqlayıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Tesla” Almaniyada 400 nəfəri işdən çıxaracağını açıqlayıb.

Banco.az xəbər verir ki, ABŞ-ın elektrik avtomobil istehsalçısı “Tesla” Almaniyanın paytaxtı Berlinin yaxınlığındakı Grünheide şəhərindəki giqa fabrikində 400 işçini ixtisar etməyi planlaşdırdığını açıqlayıb.

“Tesla” tərəfindən edilən açıqlamada hal-hazırda zəifləyən qlobal elektromobil tələbinin “Tesla” üçün də çətinliklər yaratdığı qeyd edilib.

Açıqlamada “Tesla”nın Avropadakı ilk fabrikində 400 nəfərin işdən çıxarılmasının planlaşdırıldığı, bunun da məcburi işdən azad edilmək əvəzinə, könüllü proqramla həyata keçirilməsinin nəzərdə tutulduğu bildirilib.

Açıqlamada Almaniyadakı giqa fabrikinin işçi şurası ilə könüllü ixtisarla bağlı danışıqlar aparıldığı da məlumat verilib.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, “Tesla”nın Grünheide obyektində 12 mindən çox insan çalışır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram