Təbii fəlakətlər bu ölkədə 3,3 milyard dollarlıq zərərə səbəb olub | Banco.az

Təbii fəlakətlər bu ölkədə 3,3 milyard dollarlıq zərərə səbəb olub

Müəllif: Tamara Mustafayeva, Banco.az

Təbii fəlakətlər Çində 3,3 milyard dollarlıq zərərə səbəb olub.

Banco.az xəbər verir ki, Çinin Fövqəladə Hallar Nazirliyi ilin birinci rübündə təbii fəlakətlərin ölkə iqtisadiyyatına vurduğu ziyanla bağlı açıqlama verib.

Açıqlamada soyuq havanın vurduğu ziyana, Şimal-qərbdəki Sincan bölgəsində baş verən 7,1 bal gücündə zəlzələyə, cənub-qərbdəki Yunnan əyalətində baş verən sürüşmələrə və Sarı çaydakı daşqınlara toxunulub.

Digər təbii fəlakətlərə cənub-qərbdə 10 min 500 hektar əkin sahəsinə təsir edən quraqlıq, şimal-qərbdə qum fırtınaları, cənub-qərb və cənubda meşə yanğınları aid edilib.

Nazirliyin yanvar ayında açıqladığı hesabata görə, ötən il Çində təbii fəlakətlər 691 nəfərin ölümü və ya itkin düşməsi ilə birbaşa 47,7 milyard dollar iqtisadi itkiyə səbəb olmuşdu.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, yanvar ayında nazirlik mədənçıxarma kimi sektorlardakı təhlükəsizlik tədbirlərində çatışmazlıqlar da daxil olmaqla, fəlakətlər zamanı cavab müddətini uzadan problemlərin həlli üçün üç illik kampaniya planlarını açıqlayıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram