Tanınmışlar İnstagramdan nə qədər qazanırlar? | Banco.az

Tanınmışlar İnstagramdan nə qədər qazanırlar?

Hal-hazırda Instagram insanların əyləncə platforması olmaqla yanaşı həmçinin gəlir mənbəyi rolunu oynayır. Belə olduqda tanınmış şirkətlər öz marketinq siyasətlərini məhz bu sosial şəbəkənin köməyilə həyata keçirirlər. Təbii ki, bu işdə tanınmış simaları qeyd etmək labüddür, çünki bir sıra markalar bu insanların profillərindəki reklamlar vasitəsi ilə lazımi kütləyə müraciət edə bilirlər. Instagramın araşdırmasını aparan Hopper şirkəti tanınmış şəxslərin reklam qarşılığında qazandıqları qonorarları ictimaiyyətə açıqlayıb.

Beləliklə, bu siyahıda ilk pillə Kayli Cennerə məxsusdur, hansı ki, reklam verənlər öz postları üçün ona 1.000.000 dollar ödəməlidirlər. Instagramdan pul qazanan tanınmışlar arasında idmançılar, müğənnilər, aktyor və aktrisalar xüsusilə seçilir. Belə postlara görə onlar ortalama 150.000 dollar qazanırlar.

Siyahının ikinci hissəsini isə əsas etibarilə influenserlər və gözəllik blogerləri tutur. Onlar da xidmətləri qarşılığında 33.000 dollar qonorar alır.

Ən sərfəli kredit üçün müraciət et

Siyahının üçüncü  hissəsində əsas etibarilə səyahət sevərlər yer alır. Onlar hər posta görə 3000 dollar ilə 9000 dollar arasında qonorar alsalar da, bəzilərində bu rəqəm 23.000 dollara qədərdir.

Siyahıda son yeri food blogerlər tutur və onların hər posta görə ödənişi təqribən 1.300 ilə 5.500 dollar aralığında dəyişir. Food blogerlər arasında ən tanınanı Ceymi Oliver isə hər postuna görə 23.000 dollar pul qazanır.

Nəcibə Yusifova, Banco.az