Taleh Kazımov 11 sentyabr 1983-cü ildə anadan olmuşdur.
Ali təhsilini 2000 - 2004-cü illərdə Azərbaycan Texniki Universitetinin "Avtomatika və hesablama texnikası" fakültəsində almışdır. 2006-cı ildə MBA dərəcəsi almışdır (Azərbaycan Dövlət Neft Akademiyası).
Peşəkar fəaliyyətə 2001-ci ildən başlamışdır. 02.2004-cü ildən 09.2006-cı ilədək davam edən dövrdə "Bank Standard" QSC-də müxtəlif vəzifələrdə, o cümlədən Xəzinədarlıq departamentinin aparıcı mütəxəssisi, İdarəetmə uçotu və büdcə planlaşdırılması istiqamətinin rəhbəri, Korporativ kreditləşmə istiqamətinin direktor müavini vəzifələrində işləmişdir.
09.2006-cı ildən 01.2007-ci ilədək "Ernst & Young" şirkətində auditor vəzifəsini tutmuşdur.
01.2007-ci ildən 07.2007-ci ilədək "FinEko" İAA-nın Baş direktoru vəzifəsini tutmuşdur.
07.2007-ci ildən Taleh Kazımov "PASHA Bank"-da Risklərin İdarəedilməsi Departamentinin meneceri vəzifəsində işləməyə başlamışdır, 08.2009-ci ildən isə Bankın Xəzinədarlıq Departamentinin direktoru vəzifəsini tutur.
Taleh Kazımov 07.12.2011-ci ildən "PASHA Bank"-ın İdarə Heyətinin üzvü seçilmişdir. Korporativ və biznes-bankinq istiqamətləri, investisiya bloku, ticarət maliyyələşdirməsi, maliyyə institutları və kredit menecmenti sahələri onun kurasiyasında olmuşdur.
İyun 2015-də Paşabankın İdarə heyətinin sədri vəzifəsinə seçilmişdir.