Müəllif: Gülnar Əhmədli, Banco.az
Tailand bu ilin yanvar-fevral aylarında Azərbaycandan 203 milyon 153 min dollar dəyərində neft idxal edib.
Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, idxal edilən neftin həcmi isə 327 min 13 ton olub.
Hesabat dövründə Tailand Azərbaycanın dördüncü əsas neft idxalçısı olub.
Qeyd edək ki, bu il Azərbaycanın xam neft ixrac etdiyi əsas ölkə İtaliyadır (1 milyon 628 min ton).
Bizi sosial şəbəkələrdən izləyin!!