Son 100 ildə ilk dəfə ABŞ dolları üzərində qadın şəkilləri olacaq | Banco.az

Son 100 ildə ilk dəfə ABŞ dolları üzərində qadın şəkilləri olacaq

Kağız əsginaslar 2020-ci ilədək dövriyyəyə buraxılacaq

Son 100 ildə ilk dəfə Amerika dollarları üzərində qaradərili qadın şəkilləri olacaq.

"Report" xəbər verir ki, bunu Birləşmiş Ştatların maliyyə naziri Ceykob Lyu bildirib.

20 dollarlıq kağız əsginaslar üzərində XIX əsrdə köləlik əleyhinə hərəkatın qəhrəmanı sayılan və vaxtikən qul olan zənci qadın Harriyet Tabmenin şəkili öz əksini tapacaq. Onun şəkili banknotun ön tərəfində yer alacaq. Kağız pulun arxa tərəfində isə əvvəlki kimi Ağ ev və ABŞ-ın 7-ci prezidenti Endryu Ceksonun portreti olacaq.

Ən sərfəli kredit üçün müraciət et

Nazir qeyd edib ki, yeni 20, 10 və 5 dollarlıq əsginasların yekun dizaynı qadınlara səs hüququ verən Konstitusiyaya 19-cu düzəlişin 100 illiyinin qeyd ediləcəyi 2020-ci ilədək tam hazır olacaq.

Ceykob Lyunun bildirdiyinə görə, yeni 10 dollarlıq banknotlarda sufrajizm hərəkatının qadın qəhrəmanlarının xəzinə binası qarşısında təsviri öz əksini tapacaq.