Sövdə Trevis Kalaniki milyardlarla dollar vəsaitə sahib biznesmenə çevirə bilər, əlbəttə ki, o öz biznesindəki payının əhəmiyyətli hissəsini satmağa qarar versə.
Yapon investisiya bankı SoftBank Uberlə razılığa gəlib, bankın rəhbərlik etdiyi konsorsium onlayn sifariş servisinə 1 mlrd vəsait yatırım edəcək. Daha sonra isə, müqavilənin şərtlərinə əsasən, SoftBank Uberin cari investorların səhmlərini 9 mlrd dollar müqabilində almağa başlayacaq. Bu haqda Bloomberg məlumat verir. Agentliyin mənbəsində qeyd olunur ki, müqavilə şərtləri bi neçə həftə davam edən danışıqların gedişində razılaşdırılıb.
Konsorsiuma həmçinin Investment Group və General Atlantic daxildir. Sövdə çərçivəsində TPG, Tiger Global, DST Global və Tencent Holdings Uberin səhmlərinə sahib ola bilər.
Sövdənin imzalanması üçün, Benchmark vençur kompaniyası Uberin rəhbəri Trevis Kalanikə qarşı qaldırdığı iddianı bir müddətlik təxirə salmaq qərarı verir, bu barədə mənbələr məlumat verir. Razılıq çərçivəsində tərəflər Uberin səhmlərini hazırkı bazar kapitalizasiyası – 68,5 milyar dollar – dəyərindən çıxış edərək alacaqlar.
The New York Times qeyd edir ki, SoftBankın rəhbərlik etdiyi konsorsium cəmi 14% səhm olacaq. Söhbət həm artıq emissiya olunmuş, investorlara və əməkdaşlara məxsus səhmlərdən, həm də Uberin yeni emissiya olunacaq səhmlərindən gedir.