“Mastercard” şirkəıtinin innovasiyaların təsiri haqqında apardığı tədqiqat bütün sahələrdə rəqəmsal texnologiyaların getdikcə artan rolunu ortaya çıxarıb. Araşdırmada Avropa, Afrika və Yaxın Şərqin 23 ölkəsindən rəqəmsal texnologiyalara münasibətini bildirən 23 000 istehlakçı iştirak edib. Araşdırmanın məqsədi 23 ölkədə rəqəmsal texnologiyalardan istifadənin səviyyəsini, istifadəçilərin vərdiş və davranışlarını öyrənməkdən ibarət idi. Tədqiqata rəqəmsal texnologiyalardan istifadə əsasında müxtəlif istehlakçı qrupların müəyyənləşdirilməsi və müxtəlif ölkələrin istehlakçılarının müqayisəsinin aparılması daxil olub.
Təqdiqata əsasən, istehlakçıların 90%-dən çoxu smartfonları digər cihazlardan daha çox istifadə etdiklərini bildiriblər. Məlum olub ki, istehlakçılar ödəmələr zamanı barmaq izi kimi biometrik məlumatlardan istifadəni, PIN-kodlarla edilən ödənişlərdən üstün tuturlar.
Afrika və Orta Şərq regionunda yaşayan insanların 70%-i smartfonlarla ödəniş etməyə razı olduqlarını bildirdiyi halda, bu fikirlə Qərbi Avropandan olan respondentlərin yalnız 38% razılaşıb. Buna baxmayaraq, bütün regionlardan olan istehlakçılar ödənişlərin yeni yolları haqqında soruşulduqda, plastik kartlara alternativ olaraq smartfonları göstəriblər. Regionlar üzrə 92% istehlakçı isə rəqəmsal innovasiyaların perspektivinə və gələcəkdə müsbət təsirinə inanırlar. Respondentlərin sadəcə 8%-i rəqəmsal texnologiyaların mənfi təsirə malik olduğu fikrindədirlər.
“Bizim araşdırmamız təsdiq edir ki, yeni ödəmə üsullarından istifadəyə tələbat yüksəkdir və demək olar ki, bütün istehlakçılar öz smartfonlarından istifadə etmək istəyirlər. Hətta bir çoxları buna elə indidən başlamağa hazırdırlar. Uzun illərdir ki, nağd pulun yeganə alternativi olaraq plastik kartlar mövcud idi, lakin bu gün insanlar açıq şəkildə elan edirlər ki, onlar həyatlarının bütün sahələrində rəqəmsal texnologiyaların mövcud olmasını arzu edirlər”, - deyə “Mastercard”ın beynəlxalq bazarlar üzrə prezidenti Enn Keyrns bildirib.
Tədqiqatın nəticələrinə əsasən, texnoloji olaraq daha az inkişaf etmiş ölkələrdə yaşayan istehlakçılar rəqəmsal innovasiyaları qabaqcıl texnoloji ölkələrdə yaşayan insanlarla müqayisədə daha müsbət qarşılayır. Qərbi Avropada isə rəqəmsal dəyişikliyə qarşı olan insanların sayı daha çoxdur. Aktiv şəkildə yeni texnologiyaları qarşılamağa hazır olanların sayına görə ən yüksək sıralarda Mərkəzi və Şərqi Avropa ölkələri, həmçinin Yaxın Şərq və Afrika dayanır. Rusiya, Türkiyə və Ukraynada sorğuda iştirak edənlərin 27%-i özlərini yeni texnologiyanın dəstəkçiləri adlandırırlar. Mərkəzi Asiya və Afrikada isə insanlar həyatlarının bütün sahələrində daha çox innovasiyaya ehtiyac duyduğunu bildirib.
İnnovasiyalara göstərilən böyük marağa baxmayaraq, bütün regionlarda istehlakçılar təhlükəsizliyə, əsasən də ödəmələrlə bağlı təhlükəsizliyə xüsusi diqqət yetirirlər. İstehlakçılar yekdil olaraq rəqəmsal ödənişlərin təhlükəsizliyində əsas öncəliklərinin bank hesablarından sonra şəxsi məlumatların təhlükəsizliyi olduğunu bildirib. Həmçinin, onlar ödəniş prosesini asanlıq və sürətlilik kriteriyalarına görə də dəyərləndirirlər.
“Ötən illərdə bir çox istehlakçının rəqəmsal innovasiyalar haqda mənfi ve ya neytral rəydə olduğu bildirirdi. Lakin bu araşdırma istehlakçı davranışında mühüm dəyişiklikləri aşkar edib. Fərqli ölkələrdən insanlar rəqəmsal həyat tərzinə üstünlük verir və bunun onların həyatı üçün faydalı olacağına inanırlar. Bizim insanların hansı innovasiya növünü daha çox arzu etdiklərini anlamağımız çox vacibdir. Bütün hallarda dəyişiklikliyə olan meyli və bu prosesin sürətləndiyini görmək sevindirici haldır”, - deyə Enn Keyrns vurğulayıb.
“Mastercard” haqqında:
“Mastercard” (NYSE: MA) www.mastercard.com – qlobal ödəmə sistemləri sahəsində çalışan texnologiya şirkətidir. Şirkət 210 ölkədə istifadəçi, maliyyə institutları, ticarət təşkilatları, dövlət və biznes strukturlarını birləşdirən dünyanın ən çevik ödəmələr emalını idarə edir. “Mastercard”ın məhsul və həlləri alış-veriş, səyahət, biznes və maliyyə idarətməsi kimi gündəlik məsələləri daha rahat, təhlükəsiz və effektiv şəkildə həll etməyə imkan yaradır. Şirkətlə bağlı yenilikləri “Twitter”də @MasterCardNews izləyib, “Beyond the Transaction Blog” bloqunda müzakirələrə qoşulub və “Engagement Bureau” xəbərlərinə yazıla bilərsiniz.
Mənbə: Trend.az