Nordik iqtisadi modeli Norveç, İsveç, İslandiya, Finlandiya, Danimarka ölkələri kimi şimali Avropa ölkələrinin iqtisadiyyatlarına verilən addır. Əbəs yerə deyil ki, bu ölkələrdə yaşamaq, təhsil almaq, işləmək çoxumuzun xəyalıdır., Təbii ki, onlar bu vəziyyətə tədbiq etdikləri iqtisadi sistemləri gəlib çıxıblar.
Ümumiyyətlə kapitalizmin gətirmiş olduğu bəzi iqtisadi dəyişikliklər, məsələn insanlar arasında gəlir bərabərsizliyinin yox olması, dövlətlərin iqtisadiyyatda gəlir güdməkdən əlavə, iqtisadiyyatın inkişafındakı payı və bunun nəticəsində rifah səviyyəsinin yüksəlməsi bəzi ölkələrin xeyrinə işlədi. Kapitalizmin gətirdiyi faydalardan maksimum səviyyədə istifadə edən ölkələrdən birid də Nordik yəni Skandinaviya ölkələri idi.
Vikinqlərə başlayan sknadinaviya iqtisadiyyatı günümüzdə çox ölkənin tətbiq etmək istədiyi iqtisadi sistemlərdəndir. Nordik iqtisadi modelinin əsas şərtlərindən biri ölkədə olan demokratiya səviyyəsidir. Zatən dünya üzrə demokratik ölkərin indeksinə nəzər yetirsək Norveç, İsveç , İslandiya, Danimarka və Finlandiyanın ilk onluqda olduğuna diqqət edəcəyik.
Skandinaviya iqtisadiyyatının təməl prinsiplərindən biri də, dövlət xərclərinin yüksək olmasıdır. Hər hansı bir inkişaf etmiş ölkədə dövlət xərcləri təqribən 35%-45% aralığındaysa, Finlandiyada Danimarka və İsveçdə 50%-dən yuxarıdır. Əgər həmin ölkərədə aşağı nüfuz səviyyəsini də nəzərə alarsaq, məşğulluq səviyyəsinin niyə belə yüksək olduğunu anlamaq olar.
Nordik iqtisadi sisteminin prinsiplərinə görə, ölkədə dövlət və koprorativ sektorlarda işləyən işçilər də nə qədər yüksək ixtisaslaşarsa, iqtisadiyyat o qədər yaxşı inkişaf edəcəkdir. Məsələn fikir versək, 2005-ci ildə sosial mühaifizə sisteminin ən yaxşı inkişaf etdiyi ölkə Norveç idi, eyni zamanda uşaqlara uyğun ən yaxşı təhsil müəssisələrinin olduğu ölkə Finlandiyadır, və ya dünyada ən yaxşı saat istehsal edən ölkə İsveçdir, bundan başqa dünyada nəqliyyat sistemi deyəndə ağıla ilk gələn ölkə Danimarkadır. Bütün bunlar həmin ölkələrdəki ixtisaslaşma göstəricsidir.
Skandinaviya ölkələrindəki yüksək həyat səviyyəsi dövlətin vergi dərəcələrini müəyyən etməkdə də çətin vəziyyətə salmır. Çünki insanların ölkədə nüfuz səviyyəsi az olduğuna görə xərclərinin həcmi yüksək olmur, həm də tənzimlənmiş vergi siyasəti nəticəsində gəlirlər xərcləri üstələyir. Fikrimcə vurğulanması lazım olan əsas məsələlərdən biri də bu ölkələrin neftlə zəngin olmaısna baxmayaraq bu sektordan gələn gəlirləri xərlcəməyərək ölkənin digər sektorları arasında paylamasıdır. Məsələn, Norveçdə pensiya fondunun 850 milyard dollara çatmasıda neft sektorundan gələn gəlirlərin böyük rolu vardır
Bəs sual olunur? Bu iqtisadi sistemi niyə ABŞ, İtaliya, İspaniya kimi ölkələrdə tətbiq olunmur. Bunun tək səbəbi həmin ölkələrdəki nüfuz səviyyəsidir. Yəni Nordik iqtisadi sistemin əsas məqsədi əhali balansını qorumaqdır. Əhali balansı dediyim, əhalinin ölkə üzrə bərabər paylanması, bütün şəhərlərdə məskunlaşmasıdır. Məsələni belə izah edim, Bakı şəhərində əhali sayısı ölkəmizin digər şəhərlərindəki əhali sayısından qat-qat çoxdur. Nordik iqtisadi sistemi isə belə fərqlərin yaranmasına icazə vermir. Skandinaviya ölkələrindəki əhali sayısı aşağıdakı cədvəldə təqribi olaraq göstərilmişdir.
İsveç |
Norveç |
Finlandiya |
Danimarka |
İslandiya |
9 000 000 |
5 000 000 |
5 000 000 |
5 000 000 |
335 000 |
Xəzər Aslanov