Kriptovalyuta bazarında külli miqdarda sərmayə yerləşdirən investorlar mövcuddur. Təxminən 10 gün əvvəl həmin investorlardan biri 400 milyon dollar dəyərində Bitcoin satın alıb.
Kriptovalyutalar 2018-ci ilə pis başladı, ancaq conradan bazarda canlanma müşahidə olundu. Bəzi ölkələrin qanuni tənzimləmələr məqsədilə bazarda yaratdığı qeyri-müəyyənliklər, istifadəçilərin öz sərmayələrinin təhlükəsizliyindən narahat olmaları böyük kriptovalyutaların yarıbayarı enməsinə zəmin yaratdı. Çoxları öz kriptovalyutanı sataraq bazardan çıxdı.
Fevralın 6-da Bitcoin-in qiyməti 6 min dollardan da aşağıya endi. Bu qiymət hazırda 11 min dollardan yuxarıdır. Qiymətin qalxmasının bir neçə səbəbi var, ancaq onlardan ən başlıcası ABŞ rəsmilərinin kriptovalyutalarla bağlı müsbət açıqlamalarıdır.
400 milyon dəyərində sərmayə yerləşdirən investor “Tetras Capital”-ın yaradıcısı Aleks Sannarborqun da diqqətini çəkdi və o, aşağıdakı fikirləri səsləndirib:
“Bu böyük alıcının kim olduğuna əmin deyiləm, amma enişdən və ABŞ və Asiyadan tənzimləmələrlə bağlı gələn açıqlamalardan sonra çoxları aşağı qiymətə kriptovalyuta satın aldı”.
Həmin investorun kim olduğu məlum deyil, amma istifadə etdiyi ünvan belədir: 3Cbq7aT1tY8kMxWLbitaG7yT6bPbKChq64. Bu ünvan 9-12 fevral tarixlərində hesabındakı Bitcoin-lərin miqdarı 55 mindən 96 minədək artıb.
“360 Blockchain USA”-in rəhbəri Ceff Koyen hadisə haqda bunları söyləyib:
“400 milyon dollarlıq balina müxtəlif nəzəriyyələri sevən və “Telegram” istifadə edən investorları risksevər edib”.
“Bitcoin 6 min dollara endikdə “Wall Street”-in qanın qoxusunu alıb bazara dail olduğuna inanıram”.
“Bitcoin-in qiymətinin belə sürətlə artmasına diqqət yetirsək, həmin investor ciddi mənfəət qazana bilər.
Bunlar da maraqlıdır:
Pulsuz Bitcoin necə qazanılır?
Birja işində bilməli olduğunuz 15 anlayış
Bitcoin nədir - sadə dildə izahat
Blockchain nədir - sadə dildə izahat
Ethereum nədir: Bitcoin-in taxtını əlindən alacaqmı?
Bitcoin və digər kriptovalyutalar haqqında daha ətraflı saytımızın Kriptovalyutalar bölməsindən məlumat əldə edə bilərsiniz.