Şirkət narkotik satışını kriptovalyutayla edəcəyini AÇIQLADI | Banco.az

Şirkət narkotik satışını kriptovalyutayla edəcəyini AÇIQLADI

Kriptovalyutalar gün keçdikcə öz aktuallıqlarını daha da artırmaqda davam edir. Hətta bu istiqamətdə yatırım edən insanların sayı getdikcə artmaqdadır. Belə olan halda bir sıra şirkət və şəxslər öz pullarını məhz kripto sahəsinə yatırırlar. Hətta bəzi şirkətlər öz ticarətini kriptovalyutalar vasitəsilə həyata keçirmək niyyətindədirlər. Belə şirkətlərdən biri də İsraildə çətənə ticarəti ilə məşğul olan Telegrass şirkətidir. Bir müddət öncə şirkət artıq öz məhsullarını bitcoinlə satmaq haqda qərarını açıqlayıb. Hətta çətənəni bitcoinlə alana endirim belə nəzərdə tutulub.

Şirkət bu mövzuda həm alıcıların, həm də satıcıların işini asanlaşdırmaq niyyətində olduğunu vurğulayıb. Bunun üçün onlar bir şəhərdə satış şərtlərinin asanlaşdırılması və bütün planetdə satış reklamının həyata keçirilməsi haqda işlər görürlər. Bu işdən gələn gəlirlər şirkətin işçi heyətinin maaşlarına və həmçinin çətənənin leqal satışına istiqamətləndiriləcək. Şirkətin əsas məqsədi alıcıların anonimliyini və satıcıların təhlükəsizliyini qorumaqdan ibarətdir. Bu mövzuda şirkət polisin diqqət mərkəzində olsa da nəticə etibarilə onların fəaliyyətini məhdudlaşdırmayıblar.

Ən sərfəli kredit üçün müraciət et

Məlumat üçün qeyd edək ki, narkotik tərkibli bitkilər haqda startaplar İsraildə heç də yeni deyil. Hətta bu bitkiləri yetişdirib tibb məqsədilə şirkətlərə satan fermalar da mövcuddur. Bu sahənin gəlirli olduğunu nəzərə alsaq bir çox investorlar bu sahəyə yatırım etməkdə maraqlıdırlar.

Analitiklər bu sahələri dəyərləndirərkən onların trend hal alacağını qeyd edirlər.

Nəcibə Yusifova, Banco.az